Deputat narazılığını dilə gətirdi: "Nəyə əsasən, qaz və işığın qiymətini artırıblar?"

Deputat narazılığını dilə gətirdi: "Nəyə əsasən, qaz və işığın qiymətini artırıblar?"Milli Məclisdə büdcə müzakirələri davam edir.

Müzakirələrə qatılan deputat Jalə Əliyeva sosial mənzillərdən söz açıb. Millət vəkili ümid edir, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək.

Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacib olduğundan onun həyata keçirilməsinə ehtiyac var.

J.Əliyeva ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin tikilməsini təklif edib: "Çox təəssüf ki, ölkəmizdə hələ də məişət zorakılığı hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları və ya digələri tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından bu hallar ağır nəticələrə gətirib çıxarırır. Bu baxımdan belə halların qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa, yaxşı olar".

Deputat Tahir Rzayev isə çıxışında dünyada baş verən iqtisadi böhranın Azərbaycandan yan keçmədiyini deyib. Deputat iş yerlərində ixtisarların aparılması ilə bağlı narazılığını ifadə edib.

"Bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etməsi doğru deyil. Kitabxanaçının, xadimənin ixtisarı haqsızlıqdır. Onların maaşı onsuz da cüzidir. İşçiləri ixtisar edib, bahalı maşınlar sürürlər. Ümumiyyətlə, israfçılığın qarşısını almaq lazımdır. Büdcə xərclərinə nəzarət artırılmalıdır. Özəl sektor inkişaf etdirilməli, xüsusilə tikinti sektoruna dəstək verilməlidir".

Millət vəkili Yevda Abramov Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına münasibət bildirib: "Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? "Enerjinin və təbii qazın qiymətinin artırılması ilə razı deyiləm. Hesab edirəm ki, kvotanı ikiqat artırmaq olar".

Deputat, həmçinin "qara bazar"da dollar satışına nəzarət olunmadığını söyləyib: "Bu işə nəzarət olunmur. Özüm bir neçə metro stansiyalarının çıxışlarında dollar satıldığını görmüşəm. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Baxırsan avtomobillərinin baqaj hissəsində dollarlar var. Hardandır onlarda bu qədər pul? Valyutadəyişmə məntəqələrinin ləğvi belə bazarların yaranmasına səbəb oldu. Mən danışıram, bəziləri sözlərimdən inciyir"./azvision/

Xəbərlər     Baxılıb: 1874   Tarix: 07 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

turlar.az

toy gecesi geyim və ayaqqabılar geyim şəkilləri firni hazirlanmasi döş əmən kişilər gavalinin xeyri sobada kotlet kosmetika novruza aid hakistalar xanim az babasil hesaplama bayatılar