Dərini cavanlaşdırır, sızanaqların qarşısını alır - Mütəxəssis kofenin daha bir faydasını açıqlayıb
Qəhvə həm də cavanlaşdırıcı təsirə malikdir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Rusiyadan olan həkim-dermatoloq və kosmetoloq Stanislav Arkannikov açıqlayıb. Həkim bildirib ki, qəhvənin cavanlaşdırıcı təsiri onun tərkibindəki orqanizm üçün faydalı və zəruri olan kofein, vitaminlər, minerallar, linol turşusu və antioksidantlara görə baş verir.
İnsan oraqnizmində neqativ ətraf mühitdən, səhv qidalanmadan, əsəb və streslərdən əmələ gələn sərbəst radikalları (kimyəvi birləşmələri) zərərsizləşdirən antioksidantlar içkinin cavanlaşdırıcı təsirini özündə ehtiva edir:
"Xaricdən aldığımız bütün sərbəst radikallar bizim orqanizmimizdə qocalma proseslərini işə salır. Antioksidantlar tablet şəklində mövcuddur, lakin təbii antioksidantları ləzzətlə istifadə etmək mümkündür.
Kofein limfa sistemini stimullaşdırır. Əgər insan qəhvəni gündə lazımi qədər içərsə, üz və bütün bədən şişkinliklərindən qoruna bilər".
Həkimin sözlərinə görə, qəhvə həm də yağ vəzlərinin təsirini normallaşdırır, bu da sızanaq - akne (tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşması) yaranmasının qarşısını alır.
Qəhvə norması-gündə 2-3 fincan sayılır, amma bu, hər bir insan üçün fərdidir. Həddindən artıq qəhvə istifadə etmək isə arzuolunmazdır.
Milli.Az /news.milli.az









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun