Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Ofisdə Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirləri açırlar. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Bəs ofis işıqları həqiqətən dərinin qocalmasına səbəb olur?
Milli.Az xəbər verir ki, türkiyəli dermatoloq Elif Afacan Yıldırım bildirib ki, "ofis qocalması" tibbi diaqnoz deyil və dermatologiyada qəbul edilmiş elmi anlayış hesab olunmur.
Onun sözlərinə görə, bu ifadə uzun iş saatları, stress, yuxusuzluq, kondisionerli və quru hava, hərəkətsizlik və uzun müddət ekran qarşısında qalmaq kimi amillərin insanın dərisini daha quru, solğun və yorğun göstərməsini ifadə edir.
Mütəxəssis qeyd edib ki, kompüter ekranını günəşlə eyniləşdirmək düzgün deyil. Ekranlardan mavi işıq yayılsa da, onların dəriyə çatdırdığı enerji günəş işığı ilə müqayisədə olduqca aşağıdır. Mövcud məlumatlara əsasən, normal kompüter və telefon istifadəsinin dəridə nəzərəçarpacaq qocalmaya və ləkələnməyə səbəb olduğunu göstərən kifayət qədər sübut yoxdur.
Dermatoloq ofis şəraitində dərinin qurumasının əsas səbəblərindən birinin mavi işıq deyil, kondisioner, isitmə sistemləri və aşağı rütubət olduğunu vurğulayıb.
O bildirib ki, standart ofis işıqlandırmasından qorunmaq üçün masa arxasında çətir və ya üz maskasından istifadə etməyə gərək yoxdur. Pəncərə kənarında işləyən və uzun müddət birbaşa günəş işığına məruz qalan şəxslər üçün isə kölgələnmə faydalı ola bilər.
Mütəxəssis sağlam dəri üçün kifayət qədər su içməyi, yuxu rejiminə diqqət etməyi, uzun müddət fasiləsiz işləməməyi və hərəkət üçün fasilələr verməyi də tövsiyə edib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 817   Tarix: 18 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

adlarin menasi yay kolleksiyasi sade makiyaj sekilleri pehriz salatlar kök suyu testosteron nədir şaftalının xeyri kosmetika qizliq perdesi haqisda ziyafet geyimleri sirin qogal aybawi