Dərmanın koronavirusa təsir mexanizmi- Mütəxəssis RƏYİ

Dərmanın koronavirusa təsir mexanizmi- Mütəxəssis RƏYİDünyanı təşvişə salan koronavirusun profilaktikası, müalicəsi ilə bağlı araşdırmalar davam edir. Daha effektiv dərmanlar əldə olunması üçün sınaqlar keçirilir. Virusa qarşı təsirli dərman kimi "Favipiravir"in da adı çəkilir. Məlumatlara görə, Çində aparılan araşdırmalar bu dərmanın təsirli olduğunu sübut edib. Koronavirusun yayıldığı Uhanda həmin dərman sınaqdan keçirilərkən xəstəliyin nisbətən yüngül formalarında sağalma müddətinin daha tez başa çatdığı məlum olub.
Milli.Az e-tibb.az-a istinadən həmin dərman, onun təsir mexanizmləri barədə İstanbul Cərrahpaşa Universitetinin Bioaktiv maddələr sintezi üzrə doktorantı Fərid Əhmədovun  fikirlərini təqdim edir: 
"Favipiravir" (T-705), yeni virus RNT polimeraza inhibitorudur, kimyəvi adı (T-705 ) 6-flüoro -3-hidroksi-2-pirazin karboksiamiddir. "Favipiravir" virusun RNT polimerazasını seçici olaraq inhibə edən antivirus dərmanıdır.  "Favipiravir" hüceyrə fermentləri tərəfindən fosforlaşdırılaraq, aktiv formaya favipiravir-ribofuranosil-5-trifosfata (RTP) çevrilir. RNT polimeraza fermenti  favipiravir-RTP ilə purin nukleotidlərini ayırd edə  bilmir, bununla da virusun  aktivliyi zəifləyir. "Favipiravir" çox çeşidli qrip viruslarına  qarşı aktivdir. Buraya A (H1N1) pdm09, A (H5N1) həmçinin yaxınlarda ortaya çıxan A (H7N9) "quş  qripi" virusu da daxildir. Favipiravirin  klinik   müalicə məqsədi ilə dəyərləndirilməsinin 3-cü fazası Yaponiyada, 2-ci fazası isə ABŞ-da tamamlanıb.
"Favipiravir" qrip viruslarından başqa arenaviruslar da daxil olmaqla, bir çox müxtəlif RNT mənşəli  virusların çoxalmasının  qarşısını alır. Məsələn, hantavirus (Maporal, Dobrava, and Prospect Hill); flavivirus (yellow fever andWest Nile); enterovirus (polio- and rhinoviruses) alphavirus və sairə. Unikal fəaliyyət mexanizmi və geniş antiviral fəaliyyət sayəsində, "Favipiravir" qrip və müalicəsi olmayan bir çox  RNT  mənşəli  virus xəstəlikləri üçün  ümidverici bir dərman  olmağa namizəddir 

A)Favipiravir                           B) Purin
Yuxarıda iki kimyəvi birləşmənin  formulu  göstərilib. Bunlardan A. Favipiravirin  B. isə  Purinin formuludur. Purinlər (adenin və quanin) hüceyrənin genetik  materialı olan DNT-nin əsasını təşkil edir.  Covid-19 Virusu da  RNT əsaslı olduğuna görə onun da  təməlində adenin və quanin mühüm  rol oynayır. Virus öz RNT-sini yəni genetik materialını sintez etmək üçün  purin yerinə favipiravirdən istifadə edərək xəta edir.  Virus bu iki molekulu seçə  bilmədiyinə görə, RNT-sini sintez edərkən  favipiravirdən istifadə edib genetik çoxalmasının önünü alır. Beləcə virus hüceyrə içərisində çoxala bilmir,  dolayısıyla digər hüceyrələri yoluxdurmur...
RNT
Dərmanın koronavirusa təsir mexanizmi- Mütəxəssis RƏYİMilli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1842   Tarix: 04 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim seçimi qaşların formalari gozel gorunmek vaginal təmizlik anaya aid atalar sozu encir murebbesi xercengden qoruyan qidalar kosmetika sevda hesaplama hekaye janri rus dilini öyrənək rus dili