Dərmanların uşağın immunitetinə təsiri

Dərmanların uşağın immunitetinə təsiriKRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) adlandırılan xəstəliklər – uşaqlar arasında ən çox təsadüf edilən xəstəliklərdəndir.
Uşaqların bu xəsəliklərə yoluxmasından o qədər də qorxmaq lazım deyil. Onlar uşaqların immun sistemi üçün bir növ "trenajor" rolunu oynayır. Anacaq bu zaman bir vacib amili yaddan çıxarmaq lazım deyil: uşağın bu xəstəliklərə yoluxması normal hesab edilən saydan (ildə 5 dəfədən) artıq olmamalı, onun müalicəsi problemsiz keçməli və xəstəlikdən sonra ağır fəsadlar (tonzillit, otit, bronxit, pnevmoniya) yaranmamalıdır.
KRVİ-na yoluxmuş olan uşağa düzgün qulluq etmək və ciddi tələbat olmadan heç bir dərmandan istifadə etməmək prinsipinə əməl edilməsi çox vacib hesab olunur. Yadda saxlamaq lazımdır ki, belə xəstəliklərin həddindən "aktiv" müdaxilə edilməklə müalicə olunması uşaq orqanizmində normal immunitetin formalaşmasına mane olur. Əgər uşaq tez-tez xəstələnirsə, bu o dəməkdir ki, onların müalicəsində istənilən dərman preparatı - yalnız ondan istifadə edilməməsi birmənalı olaraq mümkün olmadıqda tətbiq olunmalıdır.
Dərman preparatlarının uşaqların immun sisteminə təsiri birədə bir qədər geniş məlumat verək.
İstənilən dərman preparatı yalnız həkimin xəstəyə bilavasitə (!) baxışından sonra (söhbət uşaqlardan getdikdə bu daha çox vacibdir!) təyin olunmalıdır! Heç bir halda uşağınızı həkimlə məsləhətləşmədən, özünüz bilidiyiniz kimi müalicə etməyə, ona antibiotiklər və digər dərmanlar "təyin etməyə" cəhd etməyin! Yadınızda saxlayın ki, KRXİ və qrip xəstəliyi antibiotiklərlə müalicəyə tabe olmurlar! Məsələ burasındadır ki, antibiotiklər yalnız bakteriyalara təsir edirlər, KRVİ və qrip xəstəliyi isə viruslar tərəfindən törədilir. Viruslara qarşı isə antibiotiklər tamamilə gücsüzdürlər!
Digər tərəfdən, ifratçılığa varıb "zərərli" olduğuna görə antibiotiklərin tətbiq edilməsindən tamamilə imtina etmək də olmaz. Çünki, angina, otit (orta qulağın iltihabı), burun ətrafı boşluqların iltihabi prosesləri (haymorit, frontit və s.) və bir sıra digər xəstəlikləri yalnız antibiotiklərin köməkliyi ilə müalicə etmək mümkün olur! Onlardan tamamilə imtina etməklə siz uşağınızın sağlamlığını böyük təhlükə altına qoymuş olursunuz!
Qrip və soyuqdəymə müalicə olunmalıdırmı? Əlbəttə ki, olunmalıdır. Xüsusən də bu qripə aiddir ki, bu xəstəlik yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər.
Xəstəliyə fikir verməyərək uşağı məktəbə və ya uşaq bağçasına göndərmək çox təhlükəlidir.
Hərarət yüksək olduqda xəstə uşaq mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha sonra isə adi rejimə keçmək olar.
Çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 0,5-1,5 l-dən az olmayaraq (uşağın yaşından asılı olaraq) maye qəbul etməlidir.
Xəstəlik zamanı uşağın iştahası kəskin azalmış olur. Heç bir halda onu zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə uşağa təzə toyuq bulyonu verin. Toyuq bulyonunda xeyirli maddələr var ki, orqanizmə virusla mübarizədə kömək edir.
KRXİ və qrip kimi virus xəstəliklərinin müalicəsi əsasən simptomatik şəkildə aparılmalıdır: hərarət yüksək olduqda - onu aşağı salan dərmanlar, zökəm zamanı – müxtəlif duz tərkibli burun damcıları, öskürək zamanı – bitki tərkibli dərman preparatları və s. Belə müalicə xəstəliyin törədiciləri olan viruslara təsir etməsə də, xəstənin vəziyyətini yaxşılaşdırır və müxtəlif fəsadların qarşısını almış olur. Bir sıra hallarda həkim, uşağın vəziyyətini nəzərə alaraq, ona virusəleyhinə olan dərman preparatı da təyin edə bilər.
Hərarət salan dərmanları yalnız hərarət 38,5 C qalxdıqda uşağa vermək olar. Bəzi hallarda (uşaq çox kiçik olduqda, uşaqda xroniki ürək, sinir, endokrin və ağciyər xəstəlikləri olduqda, əvvəllər yüksək hərarət fonunda uşaqda qıcolmalar olduqda və s.) uşaqda hərarət 38 C çatdıqda onu dərhal salmaq lazımdır.
Hərarəti salmaq məqsədi ilə aspirin və digər aspirin tərkibli preparatları yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.
Ümumillikdə isə uşaqlarda KRVİ və qrip zamanı valideynlər mümkün qədər çalışmalıdırlar ki, təbii vasitələrdən istifadə etsinlər. Bu uşaq immunitetinin normal şəkildə inkişaf etməsinə kömək edəcək. Məsələn, boğaz ağrısı zamanı zoğal, moruq mürəbbəli, bal əlavə olunmuş çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Zökəm zamanı duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək olar.
Hal-hazırda apteklərdə müxtəlif virus əleyhinə preparatlar satılır. Bu preparatlar uşağa yalnız həkim tərəfindən təyin oluna bilər. Virus əleyhinə preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır.
Uşağı vaxtında və düzgün müalicə etməklə yanaşı, xəstəlikdən sonra onun immunitetinin bərpa edilməsinə də böyük diqqət vermək lazımdır. Bu məqsədlə, onu dəyərli qidalarla, kifayət qədər yuxu, təmiz hava ilə təmin etmək, onun digər uşaqlar və böyüklərlə olan təmaslarını məhdudlaşdırmaq məsləhət görülür. Əgər uşaq hərarəti düşən kimi, uşaq bağçasına, məktəbə və ya poliklinikaya gedərsa, o yeni infeksiya ilə "görüşərək" asanlıqla yenidən xəstələnə bilər. Onu da nəzərə almaq çox vacibdir ki, yaranmış bu yeni xəstəlik, artıq müəyyən dərəcədə zəifləmiş orqanizmdə inkişaf edəcəkdir. Bu halda böyük ehtimalla demək olar ki, yeni xəstəlik, əvvəlkindən daha ağır şəkildə keçəcəkdir. Bu zaman onun fəsad vermək ehtimalı da çox olduğu üçün müalicə prosesində əlavə dərman preparatlarının (antibiotiklərin və s.) tətbiq edilməsi də qaçılmaz olacaqdır.
Virus infeksiyalarına yoluxma zamanı, orqanizmdə viruslara qarşı olan anticisimlər, adətən xəstəliyin beşinci (!) günündən etibarən hazırlanmağa başlayır! Buna görə də uşaq kəskin respirator virus infeksiyası (KRVİ) ilə xəstələndiyi halda, keçirilən xəstəliyin ağırlığından asılı olmayaraq, onun uşaq kollektivinə qayıtması xəstəliyin başlamasından ən azı 6 gün və istənilən halda, hərarətin normallaşdığı gündən isə ən azı üç gün keçdikdən sonra mümkün hesab edilir! Bu qayda yalnız tez-tez xəstələnən uşaqlara deyil, bütün uşaqlara aid edilməlidir.
Qeyd etmək lazımdır ki, infeksiyaya yoluxma ehimalına görə, uşağın digər insansanlarla (xüsusən də qapalı yerlərdə) təmasda olması daha təhlükəli hesab olunur. Uşağınızın digər uşaqlarla birlikdə açıq havada oynaması isə ədatən təhlükəsiz olur.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1958   Tarix: 27 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi

Rusiyada sınaqdan keçirilən yerli istehsal "Neoonkovak" xərçəng peyvəndi ilk xəstədə müsbət immunoloji reaksiya yaradıb. xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzini

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə

Yay aylarında istidən qorunmaq üçün geniş istifadə olunan kondisionerlər ürək-damar xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər. xəbər verir ki, kardioloqların bildirdiyinə görə, tərli halda qəfil çox soyuq otağ

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

.

İnsultdan əvvəl görünən təhlükəli əlamətlər

Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar. xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər. Lakin b

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kartofun ziyanı da varmış

Kartofun həddindən artıq istehlakı 2-ci tip şəkərli diabet və maddələr mübadiləsi ilə bağlı digər pozğunluqların yaranma riskini artıra bilər. Bu nəticəyə kartofun sağlamlığa təsirini araşdıran yapon alimləri gəliblər. -

.

Keçməyən öskürəyin səbəbi nədir?

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

adlarin menasi geyim seçimi hamilelikde qidalanma paxlava reseptləri hakista xina yaxdi sozleri morugun faydasi qadinda cinsi isteksizlik kosmetika usaq seirleri baliq burcu qoğalın nağlı novruz hakista novruz hakistasi