Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı

Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladıVərdişlər diabeti birdən-birə formalaşdırmır, əksinə, qlükoza mübadiləsində pozuntular zamanla yığılaraq xüsusilə 2-ci tip diabetin yaranmasına gətirib çıxarır.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarif Universitetinin Fundamental Tibbi Fənlər Kafedrasının baş müəllimi Aleksandr Kalyujin bildirib.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin əsas mexanizmi insulinə qarşı müqavimətin (insulinrezistentlik) inkişaf etməsidir. Onun qeyd etdiyinə görə, yüksək kalorili qidaların tez-tez qəbulu, şəkərli içkilər, qənnadı məhsulları, emal olunmuş karbohidratlar və böyük porsiyalar mədəaltı vəz üzərində uzunmüddətli əlavə yük yaradır.
Zamanla orqanizmin toxumaları insulinə daha az həssas olur və qanda qlükoza səviyyəsi yüksəlməyə başlayır. Kalyujin fiziki aktivliyin də mühüm rol oynadığını vurğulayaraq bildirib ki, əzələlər qlükozanın əsas istifadəçilərindən biri olduğu üçün hərəkətlilik insulin həssaslığını artırır, hərəkətsiz həyat tərzi isə bu prosesi zəiflədir.
Bundan əlavə, xroniki yuxusuzluq, stress, siqaret və alkoqol istifadəsi, eləcə də artıq çəki və xüsusilə bel ətrafında piylənməyə laqeyd yanaşma da risk faktorları kimi qeyd olunur.
Mütəxəssis yekunda bildirib ki, diabet adətən tək bir səbəbdən deyil, balanssız qidalanma, az hərəkətlilik və uzunmüddətli metabolik yüklənmənin birgə təsiri nəticəsində inkişaf edir. 
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 999   Tarix: 02 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti reseptler vetene aid bayatilar doğuşa hazırlıq üzə qulluq qarazire faydalari kosmetika tərəzi bürcü haxisda kəlamlar bayatılarımızda vətən həsrəti meseller