Diabet və ürək xəstəliklərinin əsas səbəbləri

Diabet və ürək xəstəliklərinin əsas səbəbləriŞəkərlə şirinləşdirilmiş içkilərin istifadəsi hər il dünyada 2,2 milyon yeni 2-ci tip diabet və 1,2 milyon ürək-damar xəstəliyi hadisəsinə səbəb olur.
Milli.Az xəbər verir ki, bu nəticə Tafts Universitetinin Qida Elmi və Siyasəti Məktəbinin alimlərinin apardığı tədqiqatda açıqlanıb. Araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.
Mütəxəssislərin sözlərinə görə, qazlı içkilər, şirələr və enerji içkiləri qida dəyərindən məhrumdur və orqanizmdə sürətlə mənimsənilir. Bu, qanda şəkərin kəskin yüksəlməsinə səbəb olur. Bu cür içkilərin müntəzəm istifadəsi isə çəki artımı, insulin rezistentliyi və metabolik pozğunluqlar yaradır.
Araşdırmada inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrin tibbi məlumatları təhlil edilib. Şirin içkilərin qəbulu ilə əhalinin sağlamlıq vəziyyətinin pisləşməsi arasında ciddi əlaqə müəyyən olunub.
Xüsusilə ağır vəziyyət Saxaradan cənubda yerləşən Afrika ölkələrindədir. Bu ölkələrdə şirin içkilər yeni diabet hallarının 21%-dən çoxuna səbəb olur. Latın Amerikası və Karib hövzəsində isə bu göstərici 24%-ə çatır. Bundan əlavə, bu regionlarda yeni ürək-damar xəstəliklərinin 11%-dən çoxu da bu içkilərin qəbulu ilə əlaqələndirilir.
"Maye şəkər"in sağlamlığa ən çox mənfi təsir göstərdiyi ölkələrdən Kolumbiya, Meksika və CAR (Cənubi Afrika Respublikası) fərqlənir. Kolumbiyada yeni diabet hallarının 48%-i, Meksikada isə təxminən üçdə biri şirin içkilərlə əlaqələndirilir. CAR-da belə içkilər diabet hallarının 27,6%-i və ürək-damar xəstəliklərinin 14,6%-i ilə bağlıdır.
Alimlər maarifləndirmə kampaniyalarının keçirilməsini, həmçinin şirin içkilərin satışına daha ciddi nəzarət tətbiq edilməsini tövsiyə edirlər. Bu tədbirlər xəstəliklərin artmasının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaq üçün vacibdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1583   Tarix: 11 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj etmek qaydalari hamiləlik geyim necə seçməli geyim kombinasiyalari kısa saç düzümləri artiq cekiden azad olmaq hamilə qadın kosmetika dolça qurd ve quzu məsəllər aybawi sanama