Difteriyanın neçə forması var?

Difteriyanın neçə forması var?Difteriya həyat üçün qorxulu olan kəskin infeksiyon xəstəlikdir.Bu infeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətləri şəklində biruzə verir.Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir. Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir, hansıki bu toksinlər ürək-damar və əsəb sistemini korlayır. Xəstəliyin yoluxdurucuları qram-müsbət bakteriyalardır. Difteriya çöpləri difteriya toksinləri buraxır ki, bunlar da başqa kimyəvi maddələrlə birləşib neyraminidaza fermenti əmələ gətirir. Difteriya toksininin sintezi toxumalara ciddi zərər vurur. Xəstəlik orqanizmə hava-damcı yolu,təmas məişət yolları (oyuncaqlardan ,kitablardan,dəsmallardan) yoluxur.
Risk amilləri:
Xəstəlik ən çox 3-7 yaş arası uşaqlarda rast gəlinir. Son zamanlar yeniyetmələrdə də rast gəlmək olur. Fenotipik cəhətdən sağlam görünən virusgəzdirənlər də xəstəliyi yoluxdura bilirlər. Difteriya çöpləri burunda, ağızda olarsa nəfəs yolları vasitəsilə, gözdə olarsa əl ,yaxud məişət əşyaları ilə yoluxa bilir. Xəstəliyin inkubasiya müddəti 2-10 gündür.
Difteriya toksini-(difteriya çöplərinin ifraz etdiyi toksin) bir neçə komponentdən ibarətdir. Bu toksinlər qan damarları vasitəsilə bütün orqanizmə yayılır, o cümlədən miokardı, sinir sistemini tamamilə korlayır. Nəticədə miokardit əmələ gəlir. kapilyarların sıradan çıxması isə xəstədə toksiki şokun meydana gəlməsinə səbəb olur.
Əlamətləri:
Difteriyanın ilkin əlaməti yüksək qızdırma, udma aktının ağrılı olması, boğazda qızartılardır. Xəstəlik zamanı boyun nahiyəsindəki limfa düyünləri böyüyür. Əgər xəstəlik yüngül formada olarsa 1 həftə ərzində sağala bilir, ağır formada isə xəstənin vəziyyəti daha da ağırlaşır, sağalma uzun müddət çəkir. Xəstəliyin ağırlaşmış forması toksiki difteriya adlanır və bu zaman qızdırma 39,5-41*-yə qalxır. Xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin dərisi solğun, ağzında quruluq olur. Badamcıqlarda olan şişkinlik boğaz keçəcəyini bütünlüklə tuta bilir.
Difteriyanın bir neçə forması vardır:
-burun formasi
-göz forması
-dəri forması
Diaqnostika:
Diaqnozun qoyulması uçun anamnezin dəqiqliyi vacibdir. İnstrumental və laborator müayinələrlə diaqnoz təsdiqlərnir. Laborator müayinələrə qanin ümumi analizi, qanın bakterioloji analizi əsas götürülür.
Müalicəsi:
Difteriyanın bütün növləri ağırlıq dərəcəsindən asılı olmayaraq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstə dietasına diqqət yetirməlidir. Xəstəliyin müalicəsində difteriya əleyhinə preparatlardan,antibiotiklərdən istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1152   Tarix: 10 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid