Dil xərçəngi - Səbəbləri, müalicəsi

Dil xərçəngi - Səbəbləri, müalicəsiAğız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız içi, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-I, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayilmış onkoloji xəstəliklər siyahısındadır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, dünya alimləri bildirir ki, insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımi səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamayınca vəziyyət daha da pisləşəcək.
"İnsanlar hələ də başa düşmür ki, ağız işi də digər orqanlar kimi bir orqandır və ağır xəstəlikləri insan üçün təhlükəli və ölümcül ola bilər. Ağız içində təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə".
Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalılığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.
Dişləri qorumaq və profilaktika üçün saqqız, diş məcunu və məhlulların reklamından başqa birşey düşünülmür. Hansı ki, bunlar problem yaradan səbəblər deyil. İnsanlar dişləri məhv edən daha real səbəblərlə mübarizə aparmalıdır.
Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəsi şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.
Xəstəliyin əsas yaranma səbəbləri:
- Siqaret çəkmək
- Kimyəvi yanıqlar
- Spirtli içkilərin qəbulu
- Çox isti qidaların və içkilərin daim qəbulu
- İrsiyyət.
- Dilin xroniki travmaları (məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı "oturmayan" protez dili daim zədələdikdə və s.)
Dil xərçəngi çox tez bir zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir.
Müalicəsi:
Xəstəliyin ilkin mərhələlərində başlayarsa,xəstələr əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin proqnozu pis olur.
Xəstəliyin əsas simptomu dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağız suyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.
Dil xərçəngi xəstəliyinin əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır. Dəqiq diaqnoz biopsiya nəticəsində qoyulur, törəmənin mikroskopik hissəsi götürülür və müayinə edilir.
Dil xərçənginin müalicəsi cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmamasından və s. amillərdən asılı olaraq fərdi şəkildə seçilir.
Dil xərçəngi zamanı əsas müalicə metodu cərrahi əməliyyat sayılır. Əməliyyatdan sonra xəstəyə şüa terapiyası təyin oluna bilər. Əgər xəstəlik gecikmiş mərhələlərdə aşkar olunubsa, cərrahi əməliyyat tətbiq olunmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3033   Tarix: 05 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq