Dini baxımdan küçədə dilənənlərə pul vermək olarmı?

Dini baxımdan küçədə dilənənlərə pul vermək olarmı?İslam dininə görə küçədə dilənənlərə pul vermək olarmı?

Cavab:

Dilənçiliyin səbəbi nə olursa olsun bu həmişə cəmiyyət üçün ağrılı mövzu olaraq qalır. Əsasən, dilənənlərin əksəriyyətinin özünə iş tapa bilməyən yaşlı, şikəst və ya xəstə insanlar olduqlarını görürük. Bəziləri də var ki, dülənçiliyi özlərinə peşə seçiblər.

Növbəti hədis Allahın Rəsulunun (sallallahu aleyhi və səlləm) dilənçiliyə və bu problemin həllinə münasibətini göstərir. Anas ibn Malik rəvayət edib: "Bir dəfə bir şəxs Allahın Rəsulunun(sallallahu aleyhi və səlləm) yanına gəlir və sədəqə istəyir.

Allahın Rəsulu ondan soruşur: "Evində nəyinsə var?".

Həmin şəxs cavab verir: "Bəli var. İpək parçamız var. Onun bir hissəsini altımıza səririk, digər hissəsi ilə örtünürük. Bir də su içdiyimiz qab var".

Allahın Rəsulu buyurur: "Onda get, həmin parça və qabı mənə gətir ".

Həmin adam evinə gedərək, dediyi əşyaları gətirir.

Allahın Rəsulu həmin əşyaları əlinə götürərək, yanındakılardan soruşur: "Bu iki əşyanı satın ala biləcək adam varmı?".

Ətrafdakı insanlardan biri deyir: "Mən buna bir dirhəm verərəm".

Sonra Allahın Rəsulu soruşur: "Daha çox verən varmı?", sualını iki, üç dəfə təkrar edir.

Bu zaman bir nəfər deyir: "Mən buna 2 dirhəm verərəm ".

Allahın Rəsulu pulu həmin adama verərək, deyir: " Bir dirhəmə ailənə yemək al, ikincisinə isə balta al və onu mənə gətir".

Həmin şəxs balta alaraq, Allahın Rəsulunun yanına qayıdır. Allahın Rəsulu deyir: " Baltanı götürüb, odunları qır və onları sat. 15 gün ərzində burda görünmə".

Həmin adam odunları qırıb, satır. O, Allahın Rəsulunun yanına 15 dirhəmlə qayıdır. Həmin pulun bir hissəsini geyiminə xərcləyən şəxs, qalan hissəsini yemək almağa xərcləyir. Allahın Rəsulu ona deyir: "Sənin indiki vəziyyətin, qiyamət günü dilənçiliyin qara ləkəsi ilə görünməkdən yaxşıdır".

3 qrup insan sədəqə istəyə bilər:

1) Tamamilə heç nəyi olmayan dilənçi;

2) Küllü miqdarda borcu olan insan;

3) Qətlə görə pul ödəməyə məcbur olan şəxs.

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, əgər insan işləmək qabiliyyətində deyilsə, şikəst və yaxud ağır xəstədirsə, heç kim, o cümlədən dövlət ona kömək edə bilmirsə, belə halda o, ehtiyaclarını ödəmək məqsədilə sədəqə üçün başqalarına müraciət edə bilər. Bura külli miqdarda borcu olanları da əlavə etmək olar.

İşləmək imkanı olan, amma dilənçiliyi özünə peşə edənlər üçün isə Alların Rəsulu buyurub: " Öz rifahını yaxşılaşdırmaq üçün sədəqə istəyənlər, cəhənnəm alovunu istəyənlərdir" (Müslim, Zəkat,35).

Bu hədis ehtiyacı olmayanların dilənməyini qadağan edir və həmin insanların bu davranışlarının onları Cəhənnəmə aparacağına işarə edir.

Maraqlı     Baxılıb: 2660   Tarix: 11 noyabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

hamiləlik geyim və ayaqqabılar gözəllik məhsulları hind filmleri dəridə ləklər masaj edirem məlhəmlər kosmetika əqrəb novruz bayrami veten haqqinda bayatilar kondom nedir bayati