DİQQƏT! Antibakterial sulu sabunlardan istifadə edənlər XƏBƏRİNİZ OLSUN

DİQQƏT! Antibakterial sulu sabunlardan istifadə edənlər XƏBƏRİNİZ OLSUNGündəlik həyatımızda fərqinə varmadan bir çox yanlışlar edirik. Geyindiyimiz ayaqqabıdan tutmuş oturuş tərzinə qədər bir çox səhv davranışlar içərisindəyik. Bəs bu davranışlar hansılardır? Qadinsaytı.az lent.az-a istinadən hər zaman etdiyimiz və sağlığımıza mənfi təsir edən yanlış addımları təqdim edir.

Yanlış ayaqqabı seçimi

Çox sevdiyiniz və ayağınıza olmayan ayaqqabıları təkidlə ayağınıza geyinməkdən əl çəkin. Belə halda ortopedik baxımdan ayaq sağlamlığınızı böyük təhlükəyə atmış olarsınız. Ayağınıza olmayan ayaqqabıların verdiyi zərər tək ayağınızı sıxmaqla bitməz, əzələ ağrılarına da səbəb olar.

Antibakterial sulu sabunlar

Antibakterial sulu sabunların tərkibində bir çox kimyəvi maddələr var. Bu kimyəvi maddələr isə dəridəki faydalı bakteriyaları yox edir və bədənimizin hormonal balansının pozulmasına yol açır.

Saçları tez-tez yumaq

Saçları tez-tez yumaq saç dərisinin təbii yağ balansının pozulmasına səbəb olur və saç dərisi hər dəfə yuyulanda yağ itirir. Bu hal isə zamanla saç dərisində kəpək probleminin yaranmasına və saçlarınızın tez yağlanmasına səbəb olar.

Çox yatmaq və yuxusuz qalmaq

Araşdırmalara görə, yetkin bir adam hər gün minimum 7 saat yatmalıdır. Gündəlik yuxu ehtiyacını qarşılamayan insanda müəyyən dövrdən sonra yaddaş zəifliyi problemi ortaya çıxa bilər. Bu hal yuxusuzluq problemindən tutmuş depressiyaya qədər bir çox sağlamlıq probleminə yol açır.

Hərəkətsizlik

İşlə bağlı olaraq kompüterin arxasında durmadan oturur və çox hərəkətsiz bir gün keçirirsinizsə, xəstəliyin hər an qapınızı döyməsini gözləyin. Mütəxəssislərin fikrincə, elə hey kompüter qarşısında oturmaq ölüm riskini 50%, ürək-damar xəstəlikləri riskini isə 25% artırır. Bunun səbəbi isə təkcə işıq və radiasiya deyil. Hərəkətsiz şəkildə saatlara oturmaq təzyiq və qan şəkərinin yüksəlməsinə də səbəb olur.

Yanlış nəfəs almaq

Çoxumuz sinə ilə nəfəs alırıq. Sinə ilə nəfəs alarkən isə ağciyərlərimizin sadəcə üst qismini istifadə etmiş oluruq. Belə nəfəs alanda sinə şişir, baş və çiyinlər arxaya doğru gedir. Bu, isə tamamilə səhv sayılır. Nəfəs alarkən ağciyərlərin təkcə üst qisminin deyil, bütünlüklə istifadəsi lazımdır. Yəni sinə ilə deyil, diafraqma ilə nəfəs almaq ən doğrusudur. Belə nəfəs alanda sinəniz yerinə qarnınızı şişirdiyinizdə diafraqma əzələniz aşağıya doğru gərilir və belə halda ağciyərlərinizin hər iki qismini istifadə etmiş olursunuz. Beləliklə, daha çox nəfəs alır və ürək-damar xəstəliklərinin qarşısını almış olursunuz.

Xəbərlər     Baxılıb: 2370   Tarix: 28 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

toy makiyaji sekilleri qaşların formalari gozel gorunmek asan ariqlamagin yollari muslim somen beautiful sanamalar usaq otagi dizaynlari kosmetika vətən həsrəti novruz hakıştası ikizler vətən haqqında atalar sözləri ana haqqinda bayati