DİQQƏT! Azərbaycanda benzin bahalaşır

DİQQƏT! Azərbaycanda benzin bahalaşırAzərbaycanda yaranan iqtisadi durğunluq avtomobil bazarına da təsirsiz ötüşməyib. Dolların bahalaşması şəraitində xaricdən gətirilən avtomobillərin kəskin bahalaşması, bankların avtokreditləri dayandırması, avtomobil bazarını böhran həddinə çatdırıb.

Bu barədə avtomobil eksperləri bildirirlər ki, aksiz vergisinin artırılması vəziyyəti bir qədər də çətinləşdirib. Belə ki, son bir ildə ölkəyə gətirilən avtomobillərin sayı dəfələrlə azalıb. Bu da öz növbəsində yığılan aksiz vergilərinin həcminə xeyli təsir edib. Ekspertlər hesab edirlər ki, aksiz vergisinin artırılması da bununla bağlı idi.

Amma bu addım xaricdən gətirilən avtomobillərin baha başa gəlməsinə və son nəticədə adi qaydada ölkəyə avtomobil gətirən fiziki şəxslərin işi dayandırmasına səbəb olacaq. "Aksiz vergisinin artırılması avtomobil biznesini tam məhvə sürükləyir" Avtomobil satışları üzrə ekspert Aley Şamilov fins.az-a bildirib ki, son bir ayda avtomobil bazarında satış tamamilə dayanıb. Bu da maliyyə bazarında sabitliyin olmaması ilə bağlıdır. Dolların bahalaşmaqda davam etməsi insanları pul xərcləməkdən çəkindirir və investisiya dollara yatırılır. A.Şamilov bildirib ki, belə bir vəziyyətdə aksiz vergisinin artırılması isə ölkədə avtomobil biznesinin tamamilə məhvi anlamına gəlir. Bununla da ölkəyə fiziki şəxslərin avtomobil gətirməyə marağı kəskin azalacaq. Ölkəyə xaricdən avtomobillərin gətirilməməsi və ya gətirilmə xərclərinin kəskin artması daxili bazarda qiymətləri artıracaq. Aksiz vergisi 2-3 dəfə artıb.

Məsələn, əvvəl 3.0 l mühərrikli avtomobilə görə 1900 manat aksiz vergisi hesablanırdı. Mühərrikin2000 kubsantimetrlik hissəsinə görə 400 manat (1 kubsantimetrə 0,20 manat), qalan 1000 kubsantimetrlik hissəsinə görə 1500 manat (1 kubsantimetrə 1,5) vergi tutulurdu.

İndi isə3.0 l mühərrikli avtomobilə görəbu rəqəm 3400 manata qədər yüksəlib. 2001-3000 kubsantimetrlik hissəyə görə aksiz vergisi 2 dəfə artaraq 3 min manat olub. Bu da bir avtomobilə görə aksiz vergisinin 45% artması deməkdir. Ekspert hesab edir ki, bahalı avtomobillərdə aksiz vergisi 2 dəfədən də çox artıb. Məsələn, əvvəl 4.7 l mühərrikli "Lexus" avtomobilinə görə aksiz vergisi 11400 manat idisə, indi 25400 manata qədər bahalaşıb. Həm yeni, həm ikinci əl avtomobillər 50%-dək bahalaşacaq A.Şamilov bildirib ki, nəticədətəkcə yeni avtomobillər deyil, ikinci əl avtomobil qiymətləri də "əl yandıracaq". Satış olmamasına baxmayaraq, həm yeni, həm də təkrarsatış bazarında qiymətlər 30-50% civarında bahalaşacaq. Vergilərin artırılması 20-50 min manatlıq avtomobilləri "vuracaq" Ekspert Vaqif Hüseynov isə bildirir ki, aksiz vergisinin artırılması əsasən orta klass avtomobil bazarına mənfi təsir edəcək.

Xüsusilə də qiyməti 20-50 min manat olan avtomobillərin satışı böhran yaşaya bilər. Belə ki, dolların bahalaşması ilə hər gün manatla ekvivalentində bahalaşan avtomobillərin üzərinə vergi yükü də artırılırsa, bu qiymətlərdə də öz əksini tapacaq. Ekspert hesab edir ki, bu avtomobilləri əsasən əhalinin orta təbəqisi alır. İqtisadi vəziyyət əsasən bu təbəqənin gəlirlərinin azalmasına təsir edib. Qiymətlərin artması ilə belə müştərilər avtomobil almaqdan imtina edirlər. Daxili bazarda qiyməti 20 min manata qədər olan ikinci əl avtomobillər isə artıq vergisi ödənilmiş maşınlardır. Əhalinin böyük hissəsi əsasən bu avtomobilləri almağa üstünlük verir. Qiyməti yüksək olan lüks avtomobillərin qiymətlərində isə hər hansı qiymət artımı onun müştərisi üçün o qədər də əhəmiyyət daşımır. "Yeni ildən gömrük rüsumu və yanacağın qiyməti də artırıla bilər" Ekspert hesab edir ki, aksiz vergisinin artırılmasından sonra yanvar ayından etibarən gömrük rüsumunun artırılması gözlənilir. Ümumilikdə vergilərin artırılması rəsmi dilerlərin işinə mənfi təsir edəcək. V.Hüseynov bildirib ki, avtomobil brendlərinin Azərbaycandakı rəsmi nümayəndəliklərinin bir hissəsinin əsas xərcləri birbaşa xaricdəki şirkət tərəfindən qarşılanır. Ona görə də belə rəsmi dilerlər indəyə qədər fəaliyyətlərini davam etdirə biliblər. Bəzi avtomobil dilerləri isə xəcrlərini birbaşa özləri qarşılayırlar. Ekspert hesab edir ki, dolların bahalaşması və vergilərin artması daha çox bu avtomobil şirkətlərinə təsir edəcək. Artan xərclərin qiymətlərə əlavə edilməsi və alıcı tapılmaması sonda belə rəsmi dilerlərin regionlardakı satış salonları bağlamağa vadar edəcək.

V.Hüseynov bildirib ki, eyni vaxtda yanacağında qiymətinin artması gözlənilir. Belə ki, gömrük rüsumu ilə eyni vaxtda yanacağın qiymətinin artırılması qiymətlərin bahalaşmasının qarşısını almağa yönələ bilər: "Yanacaq bahalaşan zaman məlumdur ki, avtomobillərin qiyməti ucuzlaşır. Düşünürəm ki, gömrük rüsumunun artırılması ilə eyni vaxtda yanacaqda qiymət artımı avtomobillərin bahalaşmasınını qarşısını nisbətən ala bilər". Artıq bəzi yeni modellərin ölkəyə gətirilməsi dayanıb Avtomobil eksperti Əyyub Əliyev fins.az-a bildirib ki, dolların bahalaşması və aksiz vergisinin artırılması ilə artıq bəzi yeni modellərin Azərbaycana gətirilməsi dayanıb. Məsələn, "Hyundai Santa Fe", "Kia Serato" kimi avtomobillərin, "Chevrolet"in bəzi seqmentinə aid modellərin ölkəyə gətirilməsi çox baha başa gəlir: "Dolların 1.05 manat olduğu zaman avtomobilin qiyməti 42 min manat idi. Yeni "Hyundai Santa Fe"nin Azərbaycana gətirilməsi 80 min manata başa gəlir. Avtomobilin satış qiymətini də əlavə etsək bu 85 min manat edir. Qiyməti 2 dəfəyə yaxın avtomobili isə heç kim almaz".

Mənbə: fins.az

Xəbərlər     Baxılıb: 2719   Tarix: 29 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

turlar.az

hamilelikde qidalanma qadin dunyasi donlar 2026 hakista xina yaxdi sozleri gil maskalari soda maskasi meyveli tort kosmetika geyim nagillar oglaq lakonizim xlor lekesi