DİQQƏT! Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Bundan sonra...
Pensiya yaşı 10 il ərzində 65 yaşa qədər qaldırılacaq
Azərbaycanda əmək pensiyası üçün staj ilə əlaqədar və digər dəyişikliklər bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub. İstiPress-in məlumatına görə, Komitənin sədr müavini, deputat Musa Quliyev APA-ya bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunacağı təqdirdə, sənəd iyulun 1-dən qüvvəyə minəcək.
M. Quliyevin sözlərinə görə, layihədə çoxlu məsələlər nəzərdə tutulub: "Söhbət ondan gedir ki, dövlət büdcəsinin öhdəlikləri ilə sığorta sisteminin öhdəliyi ayrılır. Yəni kim nə qədər qazanacaqsa, o qədər xərcləyəcək. Digər məsələ odur ki, sığorta prinsipinə aid olmayan xərclər minimuma endiriləcək, erkən pensiyaya çıxmağı stimullaşdıran hallar aradan qalxacaq, daha çox staj, pensiya kapitalı qazanmaq şəraiti yaradılacaq. Bundan başqa, pensiya yaşı qadınlarda və kişilərdə qanun qüvvəyə minəndən etibarın 10 il ərzində 65 yaşa qədər qaldırılacaq. Həmçinin indiyə qədər tələb olunan 12 illik staj tələb olunmayacaq. Digər maraqlı məsələlərdən biri də odur ki, pensiya kapitallarına əlavə olunma imkanları da yaradılır. Yəni, əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin. Bütövlükdə bunlar hamısı pensiya haqları konsepsiyasının tələbindən irəli gələn proqressiv dəyişikliklərdir. Bu qanunun tətbiqi pensiyaçılarda azalmaya deyil, artıma səbəb olacaq. Eyni zamanda stajlar artırılacaq".
M. Quliyev onu da deyib ki, bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.
Layihə 2017-ci il yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq