Diqqət: Bitki çayları zərər verir
Bitki çayları doğru istifadə olunmadıqda zərər verir
Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir. Qadınsaytı.az-ın İstiPress-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib.
Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir. Amma tərkibi bilinməyən bitkilər istifadədən əvvəl mütləq araşdırılmalıdır: "Havaların soyuq keçdiyi qış aylarında xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək vacibdir. Bu baxımdan cökə çayı, zəncəfil, adaçayı, itburnu kimi bitki çayları çox faydalıdır. Ancaq bitki çaylarından gözlənilən faydanı əldə etmək üçün məlumatlı şəkildə hazırlanmalıdır. Haradan toplandığı bilinməyən, açıqda satılan və məlumatsız şəkildə hazırlanan bitki çayları faydadan çox, zərər verir".
Ə.Yeşilada deyib ki, düzgün şəkildə dəmlənmiş bitki çayları ilə immuniteti gücləndirmək olar: "Həmin bitkilərin dəmlənməsindən 2-3 fincan qəbul etməklə orqanizmin məruz qaldığı bakteriyalara qarşı immuniteti gücləndirmək mümkündür".
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri