DİQQƏT! Bu borclar SİLİNƏ BİLƏR

DİQQƏT! Bu borclar SİLİNƏ BİLƏRXəbər verdildiyi kimi, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Belə ki, bundan sonra məcburi köçkün ailələri kommunal xidmət üçün vəsaitləri özləri ödəyəcəklər. Buna qədər isə məcburi köçkün ailələri üçün nəzərdə tutulan kommunal ödənişlər aidiyyatı qurumlara həyata keçirilirdi. Güzəştli kommunal xidmətdən qənaətlə istifadə edən bəzi ailələr var idi ki, onların hesabında hələ də kifayət qədər vəsait qalıb. Bunun əksinə olaraq, kommunal borcları ödənilməyən köçkün ailələr də mövcuddur.

Köçkünlərin kommunal borcları və istifadə olunmayan vəsaitlərin aqibəti necə olacaq?

Xocalıdan seçilən deputat Elman Məmmədov bildirib ki, bu günlərdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə keçirilən iclasda bu məsələlər müzakirə olunub.

Deputatın sözlərinə görə, elə məcburi köçkün ailəsi var ki, kommunal xidmətlərdən qənaətlə istifadə etdiyi üçün hesabına xeyli miqdarda vəsait yığılıb. Onun sözlərinə görə, bunu əksinə olaraq elə məcburi köçkün ailələri də var ki, onların kommunal xidmətərə görə xeyli miqadrada borcu yaranıb: "Biz həmin iclasda məcburi köçkün ailələrinin xeyrinə həll olunacaq təkliflər irəli sürdük. Belə ki, hansı məcburi köçkün ailəsinin hesabında vəsait yığılıb qalıbsa, sayğacların quraşdırılması zamanı həmin vəsait onların kart hesabına köçürülsün. Borcu yaranan məcburi köçkün ailələrinin borcu isə silinsin. Bunu ciddi şəkildə müzakirə etdik və təklifimizin qəbul olunmasını xahiş etdik.

Əli Həsənov bildirdi ki, təkliflərlə bağlı aidiyyatı qurumlar və hökumət qarşısında məsələ qaldıracaq. Çalışılacaq ki, bu məsələlər məcburi köçkünlərin xeyrinə həll olunsun. Hökumətin bu məsələ ilə bağlı qərarı olacaq".
AzVision.az

TAG: Köçkünlər

Xəbərlər     Baxılıb: 2211   Tarix: 30 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli donlar 2026 hər gün bal ata ve qiz gözəllik məhsulları soz ehtiyati artirmaq kosmetika kəlamlar novruz bayramina aid hakista hakışta şəkərbura mikayıl abdullayev