DİQQƏT! Bu şəxslərə ŞAD XƏBƏR: Onların pensiyaları...
Azərbaycanda pensiya sisteminə keçidlə bağlı MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Amma buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır. Belə ki, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir.
Bunu millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, ölkəmizdə pensiyaya çıxan zaman ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur: "Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələrdə işlər var ki, onlar ağır iş kimi nəzərdə tutulmayıb. Bildiyiniz kimi bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa və onun tikintidə işləmək gücü yoxdursa, necə daş daşıyıb, asfalt tökməlidir? Məhz buna görə də belə insanlar müəyyən yollarla əlillik alıb pensiyaya çıxırlar. Bu baxımdan bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxması müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var".









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin