DİQQƏT! Maaşlar artrırıldı
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.
Bu, baş nazir Artur Rasizadənin "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Qərara əsasən "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin "Aylıq tarif (vəzifə) maaşı (manatla)" sütununda "116", "121", "126" və "132" rəqəmləri müvafiq olaraq "130", "132", "134" və "136" rəqəmləri ilə əvəz edilməklə müvafiq olaraq 14, 9, 8 və 4 manat artırılıb.
Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.
Mənbə: report.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin