DİQQƏT! Ölkə başçısı fərman verdi: bankların taleyi…

DİQQƏT! Ölkə başçısı fərman verdi: bankların taleyi…Hazırda bank sisteminin üstünü qara buludlar alıb. Əsas problem verilən kreditlərin geri yığıla bilməməsidir. Nəticədə banklar kreditləşmə prosesini həyata keçirə bilmirlər. Problemləri həll etmək üçün təkcə bankların birləşdirilməsi, yaxud bağlanması kifayət etmir.

Bu sözləri ekspert Natiq Cəfərli "Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası"nın təsdiqi ilə bağlı fərmanın mahiyyəti haqda danışarkən deyib. O bildirib ki, əsas mahiyyət bankların birləşdirilməsinə start verməkdir:

"Bu fərman bankların sağlamlaşdırılması yönündə uğurlu addımdır. Hökumət bankların bağlamasını yox, birləşdirilməsinin tərəfdarıdır. Vəziyyət onu göstərir ki, bəzi bankların birləşdirilməsi mümkün olmasa, mütləq şəkildə bağlanacaq. Bu fərman bank sistemində sağlamlaşdırılmanın ilkin mərhələsini həyata keçirmək üçün nəzərdə tutulub. Düşünürəm ki, bununla əlaqədar ilin sonuna kimi birləşdirilmə işləri aparılacaq. Bununla tək sağlam aktivlərin deyil, problemli aktivlərin də birləşdirilməsi həyata keçirilməlidir ki, nə bank, nə də əhali bundan əziyyət çəksin. Çünki depoziti və ya krediti olan vətəndaşlar bundan əziyyət çəkməməlidirlər. Uğurlu davam edən bu proses daha böyük və dayanıqlı bankların yaranmasına təkan verəcək".

N. Cəfərlinin sözlərinə görə, iqtisadiyyatın inkişafı və bank sistemindəki problemləri aradan qaldırmaq üçün bankların birləşdirilməsi təklikdə heç bir effekt verməyəcək:

"Bunun üçün paralel işlər görülməlidir. İlk növbədə kredit faizləri aşağı salınmalıdır ki, banklar kreditləşmə prosesini davam etdirə bilsinlər. Yoxsa bu, bir çox bankların bağlanmasına səbəb olacaq.

Birləşmə işlərindən sonrakı mərhələ iqtisadiyyat üçün daha önəmlidir".

Xatırladaq ki, ekspert bundan əvvəl çıxısında il ərzində daha 10 bankın birləşəcəyini bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Mənbə:Axar.az

Xəbərlər     Baxılıb: 3219   Tarix: 05 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

turlar.az

gözəllik məhsulları aksessuarlar geyim dəbləri yemək 2026 donlari gavalinin faydasi mətbəx qaydaları kosmetika terezi sekis qiz evi ucun burclerin uyumu kley lekesi