DİQQƏT! Prezidentin sərəncamı ilə: "Əhaliyə pulsuz ..."
Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.
Bu, dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nda qeyd edilib.
Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək.
Eyni zamanda, 2017-ci ilin aprel-sentyabr ayları ərzində çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktlar hazırlanacaq, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.
Bu il ərzində Xəzər dənizinin sahillərində yeni çimərliklərin salınması üçün müvafiq sahilboyu ərazilərin müəyyən edilməsi, model çimərlik layihələri əsasında çirmərliklərin yaradılması ilə bağlı təkliflər hazırlanacaq.
mənbə: trend
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir