DİQQƏT: "WhatsApp" mesajlarınız təhlükədə

DİQQƏT: "WhatsApp" mesajlarınız təhlükədəTətbiqetmədəki "dəliyi" Kaliforniya Universitetinin alimi Tobias Bolter tapıb

"WhatsApp" messencerində cinayətkarlara və ya xüsusi xidmətlərin əməkdaşlarına şifrələnmiş məlumatları ələ keçirməyə imkan verən boşluq aşkarlanıb. İstiPress-in məlumatına görə, tətbiqetmədəki "dəliyi" Kaliforniya Universitetinin alimi Tobias Bolter tapıb. Mütəxəssis əvvəlcə 2016-cı ilin aprelində "Facebook"a ("WhatsApp"ın sahibi) müraciət edib və aşkarladığı boşluğun məğzini təsvir edib. Sosial şəbəkə rəhbərliyi oxşar problemin mövcudluğundan xəbərdar olduğunu, lakin yaxın vaxtda onu aradan qaldırmağı planlaşdırmadığını qeyd edib.

Bolter iddia edir ki, təhlükəli boşluq hələ də aradan qaldırılmayıb.

2016-cı ilin aprelində "WhatsApp" birbaşa məsafədən məlumat şifrələməsi (end-to-end) tətbiq edib. Şifrələmə yalnız dialoq iştirakçılarına yazışmanın tərkibinə çıxış təmin edir. Messencer dəfələrlə, hətta şirkət işçilərinin istifadəçilərin nə barədə yazdıqlarını öyrənmək iqtidarında olmadıqlarını vurğulayıb. Alim şifrələmə açarı dəyişdiyi halda istifadəçilərin bildiriş almadıqlarını aşkarlayıb. Messencerin tənzimləmələrində yeni açarın əmələ gəlməsi barədə bildirişi yandırmaq olar, lakin istifadəçilər yalnız məlumatın göndərilməsindən sonra bildiriş alırlar.

Açar dəyişərkən çatdırılmayan məlumatlar yenidən şifrələnir və təkrar göndərilir. Nəzəri olaraq oxşar fəaliyyət məlumatların ələ keçirilməsi və şifrənin oxunması imkanı yaradır. "Əgər hökumət strukturları "WhatsApp"dan məlumatlara girişi açmasını xahiş etsə, o zaman rəhbərlik bunu şifrələmə açarının dəyişdirilməsi vasitəsilə asanlıqla edə bilər", - Bolter qeyd edib.

Xəbərlər     Baxılıb: 2628   Tarix: 14 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Bu qidalar ömrü 10 il uzadır

Müasir tibb elmi sübut edir ki, düzgün qidalanma vərdişləri insanın genetik kodunu belə müsbətə doğru dəyişməyə qadirdir.  xəbər verir ki, son illərdə aparılan genişmiqyaslı araşdırmalar bəzi spesifik qidaların müntəzəm istehlakını

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları uşaq geyimləri nagillar kombinler 2026 yay 2026 cu ilin modasi kosmetika brusell bakteriyası atalar sozu xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır narin faydasi baldiza aid