DİQQƏT! "WhatsApp"dan tarixi yenilik...
"WhatsApp"dan tarixi yenilik. Şirkətlər üçün profillər gəlir.
Xanim.az -ın "TECHNOTE"-ə istinadən verdiyi xəbərdə bildirilir ki, dünyanın ən məşhur mesajlaşma platforması halına gələn "WhatsApp", şirkətlərə özəl profil sisteminə keçir. Günümüzdə SMS-i "öldürən" mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır. Bunun ən məşhur nümunəsi olan "WhatsApp" isə inkişafa davam edərkən, artıq pul qazanmaq istəyir.
Daha əvvəl illik 0.50 Azn kimi bir ödəniş alan "WhatsApp", aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi. Beləliklə tətbiqdən gələn gəlirlərin qarşısını kəsən "WhatsApp", buna məntiqli bir həll üsulu tapıb.
"WhatsApp for Business" adlı bir sistem üzərində işləyən komanda, şirkətlər üçün xüsusi "WhatsApp" sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq. Yəni müştəri xidmətlərinə "WhatsApp" üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.
Hazırda xüsusilə çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən "WhatsApp" ilə əlaqə saxladığınız müştəri xidmətləri, beləcə daha əlverişli hala gələcək.
Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən "WhatsApp" , sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və Skype kimi servislərin qarşısına keçməyi hədəfləyir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu