Direktorun ölüm işi böyüyür: "Yoxlama" verilişi məktəbə icazəsiz girib – RƏSMİ (VİDEO)

Direktorun ölüm işi böyüyür: "Yoxlama" verilişi məktəbə icazəsiz girib – RƏSMİ (VİDEO)Ötən həftə mətbuatın gündəmini zəbt etmiş xəbərlərdən biri də Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Telman Balasən oğlu Qardaşovun qəflətən ölüm xəbəri oldu.

Belə ki, yanvarın 11-də ATV-nin "Yoxlama" verilişi sözügedən məktəbdə yoxlama aparıb. Məktəb rəhbərliyi buna etirazını bildirib və bəyanat yayıb ki, verilişin nümayəndələri qanunsuz olaraq məktəbə daxil olublar və onlarla kobud davranıblar.

ATV telekanalının "Yoxlama" verilişindən sonra çox gərgin olan, stress keçirən direktor yanvarın 26-da saat 11:00 radələrində qəflətən özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Direktor yanvarın 27-si səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Bəs məktəb rəhbərliyinin iddiası doğrudurmu, "Yoxlama" verilişinin əməkdaşları məktəbə həqiqətən də icazəsiz gedibmi və ya hansısa məktəbdən reportaj hazırlamaq üçün rəsmi qurumlardan icazə almaq lazımdırmı?

Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrində video və fotoçəkiliş aparılması, reportaj hazırlanması haqda razılıqların verilməsi "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Təhsil İdarəsindən bildirilir ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə çəkiliş aparmaq məqsədilə "Yoxlama" verilişinin rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə heç bir sorğu daxil olmayıb, çəkiliş qrupunun məktəbə daxil olmasına və orada çəkiliş aparmasına müvafiq razılıq alınmayıb.

Qurumdan bildirilib ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır:

"Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, "Təhsil haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa üstünlük verilir".

Qeyd edək ki, hazırda Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru vəzifəsinin müvəqqəti icrasının məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilməsi nəzərdə tutulub. baku.ws

Xəbərlər     Baxılıb: 1897   Tarix: 30 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

turlar.az

gelinlikler gozel gorunmek toy makiyaji sekilleri gozalti qaralar ucun maskalar vaginal təmizlik xəyanət sevişmə kosmetika seksi seksual lakonizim sevda yutube