Dırnaqları yemək xəstəlikdir - Səbəbi, müalicəsi

Dırnaqları yemək xəstəlikdir - Səbəbi, müalicəsiOnixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir: insan özündən asılı olmayan dırnaqlarını çeynəyir, qoparır və yeyir.
Bir çoxları bu vərdişin əsəb problemi olduğunu düşünüb, tərgitməyə tələsmir. Əslində isə ciddi xəstəlikdir.
Milli.Az dırnaqları dişlərlə qoparıb soymağın orqanizmə zərərli təsirlərini araşdırıb.
Səbəbləri
Dırnaq yemək düşünülmədən, reflektiv hərəkət olub, daha çox gərgin vaxtlarda, beyinlə hərəkətlər arasında fikir bağlılığı itən anda, stress vaxtı baş verir. Çox zaman insan bütün dırnaqlarını yeyib bitirəndən sonra nə etdiyinin fərqinə varır.
Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri "yeyir".
Zamanla bu hərəkət "əsəb tikləri" kimi xarakter alır, nəzarət olunmur.
Sağlamlığa təsiri:
-İlk növbədə dırnaqların strukturuna təsir edib, onları əyir, barmaqlara kobudluq verir.
-Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.
Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.
-Dırnaqları gəmirən dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur, dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.
- Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.
-Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.
-Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.
-Bu adamlarda göbələk yoluxması həmişə normadan artıq olur
Bir qrup həkimlər isə bildirir ki, dırnaq yeyənlərdə immunitet daha möhkəm olur, çünki orqanizmə daim bakteriya, göbələk düşür və immunitetdə onlara qarşı antitel yaranır.
Xilas olmaq yolları:
Çox qadınlar bunu estetik baxımdan həll etməyə çalışır: xüsusi dırnaq boyaları, şellak, acı dadlı gellər və s.
Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.
Bu vərdişdən yaxa qurtarmaq üçün nevroloq, psixiatr və psixoloq dəstəyindən istifadə edə bilərsiz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1889   Tarix: 01 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

yaz geyimleri 2026 yay kolleksiyasi geyim şəkilləri balıq yağı mede siresi sözlü şəkillər kabab reseptləri kosmetika novruz bayrami dolça nizami gencevi sevgi vusale elizade