Dırnaqlarına baxaraq xəstəliyini öyrən

Dırnaqlarına baxaraq xəstəliyini öyrənDırnaqlarınız ciddi xəstəliklərdən və yaxud sağlamlıq problemləriniz haqqında önəmli siqnallar verir.

Dırnaqlarda əyriliyə, qırıqlara, girinti və çıxıntılara baxın. Əgər dırnaqlarınız tez qırılarsa, qalınlığını yoxlayın. Dırnağın, altındakı və ətrafındakı dərinin rənginə də baxın. Çünki ağciyərdən ürəyə, hepatitdən bağırsaq xəstəliklərinə, hətta QİÇS-ə qədər bir çox xəstəliyin ikin əlamətləri özünü dırnaqlarda göstərir.

Okan Universiteti fizika müalicə və reabilitasiya fakültəsinin professoru Batıq Şenbursa dırnaqlardakı dəyişikliklərin xəstəliklərdən xəbər verdiyini söyləyib. O, bildirib ki, dırnaqlardakı problemlər xəstəliklərin ilkin əlamətləridir, əgər dırnaqlarda ciddi dəyişiklik varsa, mütləq həkim nəzarətindən keçmək lazımdır.

Tabloid.az Türkiyə mətbuatına istinadən Batıq Şenbursanın dırnaqlar haqqında açıqladığı maraqlı məlumatları təqdim edir:

Dırnaqların sizə ötürdüyü mesajlar

Rəngsiz dırnaqlar: Sağlam dırnağın rəngi ağa çalan açıq çəhrayı rəngində olmalıdır. Əgər dırnaqlarınız mat, zolaq-zolaq və ya başqa rəngdədirsə, deməli, səhhətinizdə gizli sağlamlıq probleminiz ola bilər.

Yaşıl dırnaqlar bakteriyal infeksiyanın göstəricisidir.
Qırmızı cizgilər ürək qapağı infeksiyasının əlaməti ola bilər.
Maviyə çalan dırnaqlar qandakı oksigen səviyyəsinin aşağı olduğunu göstərir.
Mat dırnaqlar vitamin çatışmazlığının əlamətidir.
Ağ dırnaqlar hepatit kimi qaraciyər xəstəliklərinin əlamətidir.
Tünd rəng zolaqlar yaşlanma və ürək çatışmazlığı ilə bağlıdır.
Dırnaqlarınızı yaxşıca təmizləyin və hansı rəngdə olduğunu görün, dırnaqlarınız səhhətiniz haqqında ciddi məlumatlar verə bilər.
Qalın dırnaqlar: Qalın dırnaqlar təbii deyil. Dırnaqlar güclü olmalıdır, ancaq normaldan daha fərqli və qalın görünürsə, diqqətli olun.

Qalınlıq ağciyər xəstəliyinin təzahürüdür.
Qalın və sərt səth göbələk infeksiyasına dair işarə verir.
Qalın və ayrılmış dırnaqlar qalxanabənzər və ya sədəf xəstəliyinin göstəricisi ola bilər.
Normaldan daha qalın dırnaqlar, eyni zamanda qan dövranı probleminə işarə edə bilər.
Yoğunlaşan dırnaqlar gözdən qaçırdığınız bəzi problemlərin təzahürüdür. Yeni dərmana başlayarkən allergik reaksiyalar dərhal dırnaqlara təsir edərək yoğunlaşmaya səbəb olur.
Ayrılmış dırnaqlar: Dırnaqlar təkcə qapılara və ya ətrafa dəyməklə qırılmaz. Qırılma səbəbi sadəcə əllərinizi çox yumağınızla, ya da laklarla bağlı deyil.

Qırılmış dırnaqlar fol turşusu, C vitamini və zülal çatışmazlığının nəticəsidir.
Əgər qırılmış dırnaqlar dırnaq dərinliklərində oyuqlarla bərabər görülürsə, bu sədəf xəstəliyinin təzahürüdür. Sədəf xəstəliyinin ilkin əlamətləri adətən dırnaqlarda özünü göstərir.
Qırılan dırnaqlar eyni zamanda qida çatışmazlığının də göstəricisi ola bilər.
Yediklərinizə diqqət edin və ümumi sağlamlığınız üçün dırnaqlarınıza daha çox qulluq göstərin.
Çuxura düşmüş dırnaqlar: Çuxur düşmüş dırnaqlar daxili problemlərin təzahürüdür. Əgər bütün dırnaqda çuxurlaşma varsa, bu hal adətən çox su tutumu ilə bağlıdır.

Dəmir çatışmazlığı
Hemakromatozis (qaraciyərin orqanizmdə artıq dəmir saxlaması ilə baş verən qaraciyər xəstəliyi)
Ürək xəstəlikləri
Hipotiroidizm
Dırnaqlarınız və sağlamlığınız bəzən paralel naviqasiya göstərir. Sağlamlıq problemlərindən xilas olan insanların dırnaqları da normala dönür.
Oyulmuş dırnaqlar: Kiçik oyuqlar və çuxurlar əllərinizə etinasız yanaşdığınızdan dolayı, ya da sağlamlığınızın qeydinə daha yaxşı qalmadığınızın əlaməti ola bilər.

Sədəf xəstəliyi
Birləşdirici toxuma qüsurları
Alopecia area (saç itkisinə səbəb olan immunitet sistemi xəstəliyi)
Sink çatışmazlığı (adətən dırnaqların ortasında uzun zolaq şəklində bir oyuq)
Çıxıntılar: Dırnaqların səthi düz və çox hiss edilməyən incə cizgilərdən yaranır. Qabarıq çıxıntılar orqanizmində bir proseslərin səhv getdiyinin göstəricisidir. Çıxıntılı dırnaqlara sahib olanların ən çox yaranan problemləri:

Dəmir çatışmazlığı
Artrit
Lupus (dırnaq dərinliklərində qırmızı xətlər)
Quru və incə dırnaqlar: Losyonlar və ya dırnaq baxım yağlarına ehtiyacınız yoxdur. Əgər dırnaqlarınız quru və incədirsə, hormon səviyyəsini ölçməkdə fayda var.

Qalxanabənzər xəstəlikləri dırnaqların nazikləşməsinə səbəb olur. Quru dırnaqlar asanlıqla qırılır və ayrılır.
Göbələk problemləri də dırnaqları quru və ya nəm edir.
Həm qalxanabənzər, həm də göbələk problemlərinin müalicəsi uzun müddət davam edir. Əgər dırnaqlarda belə dəyişiklik görsəniz, dərhal nəzərə alın.
Yumru dırnaqlar: Əgər dırnaqların ətrafında şişmiş dəri varsa, ya da dırnaqlarınız şişmiş kimi görünürsə buna "clubbed" yumru dırnaq deyilir.

Ağciyər xəstəlikləri (xüsusilə də tənəffüs çətinliyi çəkənlərdə)
İnflamasyonlu bağırsaq xəstəliklərində
Qaraciyər xəstəliklərində
QİÇS-də müşahidə olunur.
Dırnaqlarınız yalnız bu yuxarıda sadalanan xəstəliklərin əlaməti olmaya bilər. Bu əlamətlər sizin sağlamlığınıza diqqət etməyiniz üçün dəlillərdir.

Əllərinizin sizə göndərdiyi mesajlara laqeyd qalmayın. Dırnaqlar və xəstəliklər düşündüyünüzdən çox daha yaxından əlaqəlidir. Sağlamlığınızı qorumaq üçün dırnaqlarınıza tez-tez nəzarət edin.

Xəbərlər     Baxılıb: 2051   Tarix: 01 fevral 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma qadın geyimi toy makiyaji sekilleri dərmanlar geyim şəkilləri naina ibrahimova sepgilere qarsi maska kosmetika fitat haxışda novruza aid hakisdalar oxu az qardasa aid haxistalar