"Diskotekanın bünövrəsini mən qoymuşam" - Xalq artisti
"Mən milli estradanın, müasirliyin, diskotekanın bünövrəsini qoymuşam. Bu böyük xoşbəxtlikdir".
azxeber.com xəbər verir ki, bunu Xalq artisti Niyaməddin Musayev "Gün ortası" verilişinə müsahibəsi zamanı deyib.
Gənc nəslin ifalarına diqqət çəkən xalq artisti onlara məsləhətlərini verib:
"Dəyişən nəsillər bu günə kimi mənim nəğmələrimi oxuyurlar. 60 il bunu qoruyub saxlamaq sizə zarafat gəlməsin. Həm şəxsiyyətini saxlmaq, həm də insanların sevimlisi olaraq qalmaq böyük xoşbəxtlikdir. Mən milli estradanın, müasirliyin, diskotekanın bünövrəsini qoymuşam. Bu asan iş deyil.
Yeniliklə barışmaq lazımdır, amma milli ruhu saxlamaq şərti ilə. Müasir olsun, amma millilik olmasa, o mahnı sevilməyəcək. Tədricən dilimiz, musiqimiz sıradan çıxar. Bu bizi fəlakətə aparar. İndi cavanlar bunu saxlamalıdır. Söz, musiqi, aranjeman hər biri yaxşı olmalıdır. Aranjemançı bəstəkarın mahnılarını dəyişir. Onu olduğu kimi saxlamaq yaxşdır".
Aysel









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun