Dodaq boyayarkən edilən səhvlər

Dodaq boyayarkən edilən səhvlərHər bir xanım gözəl və cəlbedici görünməyi arzulayır. Buna görə də gündəlik həyatlarında bəziləri çox , bəziləri isə cüzi miqdarda makiyaj edir. Xanımlar makiyaj edərkən bəzi səhvlərə yol verirlər. Buna görə də bəzən gözəl görünmək arzuları nəticəsiz qalır. Xanımların ən çox səhv etdikləri də dodaq boyası seçimində və onun dodaqlara tətbiqi zamanı olur.
Makiyajın köməyi ilə nazik dodaqları vizual olaraq həcmli etmək olar.
Bunun üçün dodaqlara tonal vasitə çəkdikdən sonra tozşəkilli pudra vurulur və kontur karandaşla dodaqlar "doğma" səviyyəsindən 1-2 mm yuxarıda çəkilir. Həcmli effekt almaq üçün kontur xətti tünd çəhrayı və ya solğun qırmızı çalarlı olmalıdır. Dodaq boyası sədəfli açıq çəhrayı, şaftalı, ərik rəngli çalarlarında olmalıdır. Həcmli effekt alınması üçün "nəm" və "brilyant" şəffaf dodaq parıltıdan da istifadə etmək olar.
Dodaq boyayarkən edilən səhvlərÇox həcmli dodaqlar üçün xüsusi maye korrektordan istifadə edirlər. Dodağın təbii sərhədini "gizlətmək" üçün bu kosmetik vasitəni dodağın xarici xətti üzrə çəkirlər. Bundan sonra rəngi orta tündlükdə olan karandaşla dodağın təbii sərhədindən 1-2 mm aşağı olmaqla xətt çəkirlər. Dodağın enini azaltmaq üçün sədəfsiz tünd dodaq boyası seçmək olar (qəhvəyi, şokolad rəngli, tünd qırmızı). Kosmetik parıltını isə yalnız dodağın mərkəzinə vurmaq olar.
Çox kiçik dodağı belə bir üsulla "böyüdürlər". Əvvəlcə təbii dodaq xəttini duru kosmetik korrektəedici vasitə ilə hamarlaşdırırlar. Sonra dodaqların künclərini yuxarı istiqamətə apararaq kontur karandaşla 2-3 mm uzadırlar. Dodaq boyası çox tünd olmamalıdır. Yaxşı olardı ki, bej və açıq çəhrayı rəngin çalarları seçilsin. 1-2 qat dodaq boyası üzərindən parlaq sədəfli dodaq parıltısı çəkilir.
Dodaq boyayarkən edilən səhvlərÇox böyük ağız bəzən vulqar görünür. Dodağın "artıq" uzunluğunu "gizlətmək" üçün kontur karandaşla çəkilən xətt dodaq künclərindən 2-3 mm məsafədə başa çatmalıdır. Dodaq boyasını neytral çalarda seçirlər – şaftalı rəngi, açıq çəhrayı, bej-çəhrayı. Pomada vurulduqdan sonra kağız salfetlə dodağı yüngülcə qurulayır, kosmetik parıltıdan isə istifadə etməyin.
Ən çox rast olunan səhvləri bir daha təkrarlamamaqdan ötürü bunlara diqqət edin:
Yetərsiz nəm
İndiki dövrdə dodaq boyalarının çoxunun tərkibində nəmləndirici var, bəziləri isə tamamilə nəmləndirməyə xidmət edən balzam rolunu oynayır. Amma bəzən bu nəm bazaları kömək etmir. Xüsusilə də, soyuq havalar və ya ofisdəki kondisioner sizin dodaqlarınızı daha da çox qurudur. Buna görə də, sizə mütəxəssisdən kiçik ipucu veririk: dodağınıza balzamı qalın qat tətbiq edib 2 dəqiqə gözləyin. Sonra salfet ilə dodağınızı yavaşca silin və boyanı çəkin.

Pilinqdən zədələnmə
Zədələnmiş dodaqlarda heç bir dodaq boyası dəqiqliklə qala bilməz. Xüsusilə də, mat dodaq boyaları. Buna görə də, hər axşam dodaqlarınızı yumşaq diş fırçası və xüsusi dodaq pilinqi vasitəsilə (balla şəkər də ola bilər) yavaşca, düzgün formada masaj edin. Dodaq dərisi yumşaq olduğundan asta hərəkətlər edin və sonra balzam, maska çəkin.
Baz istifadə etməmək
Bir çox xanımlar dolğun dodaqlar əldə etmək üçün bazı qat-qat çəkirlər. Bəzilər isə ümumiyyətlə istifadə etmirlər. Amma dodaq bazı saçların dodaq boyasına yapışmasının, qırmızı dodaq boyası çəkdikdə dişlərin ləkəli olması kimi bir çox xoşagəlməz hallardan sizi sığortalayır. Bazı dodağa tətbiq edin, sonra boyanı çəkin, salfetlə bir az silin, yenidən boyanı çəkin və sanki salfeti öpürmüş kimi edin. Bu üsulla dodaq boyanız uzun müddət dodağınızda qalacaq. Daha bir fincan çayda silinməyəcək.
Dodaq boyayarkən edilən səhvlərDodaq boyasını tətbiq etmə texnikası
Fərqi yoxdur dodaq boyasını nə ilə çəkirsiniz – fırça, barmağınız və elə sadəcə birbaşa tətbiq edirsiniz – heç bir fərq etməz. Sadəcə bilin ki, boyanı dodağınıza mərkəzdən tətbiq etməyə başlayın, sonra kənarlara doğru gedin. Belə etdikdə siz boyanı dəqiqliklə tətbiq edəcəksiniz və heç bir səhv sizin gözəlliyinizə mane olmayacaq. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3697   Tarix: 03 iyul 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

turlar.az

toy makiyaji sekilleri yay kolleksiyasi geyim şəkilləri cinsi elaqe sac horukleri masin sou ayaqqabı modelləri kosmetika itburnu geyim aslan oxu az uzeyir