Dodaqlara qulluq edilməsi

Dodaqlara qulluq edilməsiDodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur. Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir.
Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır). Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.
Bəs dodaqları necə gözəl və sağlam etmək olar? Buna nail olmaq üçün dodaqları hər gün səliqə ilə, dərini dartmadan təmizləmək lazımdır. Heç bir halda dodaqlarınızda pomada ilə yatmaq olmaz. Daimi olaraq davamlı dodaq pomadalarından da istifadə etmək olmaz. Dodaqları təmizləmək üçün üzərinə kosmetik süd və ya xüsusi yumşaq lasyon sürtülmüş pambıq disklərdən istifadə etmək lazımdır.
Orta hesabla 2 həftədə 1 dəfə olmaqla dodaqlara pilinq (skrablama) etmək lazımdır. Bu yolla biz onları ölmüş hüceyrələrdən təmizləyərək, dodaq dərisində qan dövranının və maddələr mübadiləsinin yaxşılaşmasına nail oluruq. Hazırda məhz dodaqların zərif dərisi üçün nəzərdə tutulmuş müxtəlif çeşidli xüsusi skrablar əldə etmək olar. Bu məqsədlə tərkibində polietilen qranulaları (dənələri) olan skrablara üstünlük verməyinizi məsləhət görürük. Belə ki, onlar dodaq dərisini daha incəliklə təmizləyirlər. Heç bir halda dodaqlar üçün içərisində bərk hissəcikləri olan skrablardan istifadə etməyin!
Hal-hazırda satışda qommaj adlanan kosmetik vasitələr (krem) vardır. Qommaj dəriyə sürtüldükdə dərinin ölmüş qatını zərifliklə əridir. Qommajdan dodaqların zərif dərisi üçün də istifadə etmək olar.
Dodaqlar üçün skrabı ev şəraitində də hazırlamaq olar. Bunun üçün yulaf yarmasını ("herkules") gəhvə üyüdücü maşında xırdalayaraq, üzərinə bal və ya yağı az olan xama əlavə edib qarışdırın. Yumşaq salfeti ilıq suda isladın, yaxşıca sıxıb 3-5 dəqiqə müddətinə dodaqlarınızın üzərinə qoyun. Sonra hazırladığınız qarışığı (skrabı) dodaqlarınıza sürtün və ağız bucaqlarından mərkəzə doğru olmaqla yüngül masajedici dairəvi hərəkətlər edin. Bu proseduranı dodaqlar önə çəkilmiş vəziyyətdə (sanki öpüşürsünüz) etmək daha rahat olur.
Təmizlənməsindən savayı, dodaq dərisinin qidalandırılması və nəmləndirilməsi də tələb olunur. Onun nəmləndirilməsi və qidalandırılması üçün xüsusi vasitələrdən istifadə edilməsi daha yaxşı olar. Bu məqsəd üçün xüsusi dodaq balzamları və müalicəvi pomadalar vardır. Onları makiyajın altından da çəkmək olar. Onlar dodaq dərisinin qurumasının və çatlamasının qarşısını almaqla yanaşı, müalicəvi təsir də göstərirlər. Belə ki, onların təsirindən dodaqlar günəşin və küləyin zərərli təsirindən də qorunur, dodaqda olan kiçik çatlar isə sağalır. Bundan başqa, krem şəklində olan xüsusi qidalandırıcı vasitələr də mövcuddur ki, onlar həm dodaq dərisini qidalandırır, həm də nəmliyini saxlayır. Onlardan axşam saatlarında istifadə etmək məsləhət görülür. Kremi dodaqlarınıza sürtdükdən sonra barmaqlarınızın yastıqçaları ilə onları yüngülcə döyəcləyin.
Dekorativ kosmetik vasitələrdən istifadə etməyən qadınlar da istənilən halda dodaqlarının qurumasına yol verməmək üçün dodaqlarına krem, balzam və s. nəmləndirici və qidalandırıcı vasitələri sürtməlidirlər. Mağazalarda satılan vasitələrdən savayı, dodaqlara bu məqsədlə kərə və ya bitki yağı və xama da sürtmək olar.
Dodaqların qırmızı haşiyəsinin quruluğu zamanı dodaq pomadasından istifadə etməzdən əvvəl, dodaqlara gigiyenik karandaş və ya qidalandırıcı krem sürtmək lazımdır. Sizin bütün səylərinizə baxmayaraq dodaqlarınızın dərisi yenə də quru qalırsa, çatlayırsa, qabıq verirsə və s., bu halda mütləq həkimə müraciət edin. Çünki dodaqlardakı bu proseslər hər hansı bir dəri və ya daxili orqanın xəstəliyi nəticəsində də baş verə bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1438   Tarix: 13 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

sac duzumleri geyim və ayaqqabılar qadin sayti cinsi əlaqə gündəlik bürclər vətən haqqında bayatı 2026 qis modasi kosmetika laylalar novruz burcler haqqinda burclerin uyumu kökəlmək üçün