Dodaqlarınız göyərirsə, nəyin əlamətidir? - TƏHLÜKƏ

Dodaqlarınız göyərirsə, nəyin əlamətidir? - TƏHLÜKƏƏgər siz hər hansı rəngli qida, şirniyyat yeməmisizsə, hər hansı xarici təsir olmadan dodaqlarınızın rəngi qaçıb, göyərirsə, deməli, səhhətinizlə bağlı narahatlığa əsas var.
Milli.Az medicina.az-a istinadən göyərmiş dodaqların hansı səbəblərdən ola biləcəyini təqdim edir.
1. Ən axı adi, zərərsiz variant - orqanizmin temperaturunun kəskin azalması, soyuq
2. SİANOZ - dərinin hər hansı səthinin göy, tünd rəng almasıdır. Nəyə görə dəri rəngini dəyişir. Dəriyə yaxın səthdə xırda kapilyarlar sıx yerləşib. Damarlar dolanda və genişlənəndə onlar göyərir, bir də qan dövranı zəifləyəndə, damarlar sıxılanda göyərir. Oksigen çatışmazlığından dəri əvvəlcə avazıyır, ağarır, sonra göyərir. Eləcə də qanda qatılaşma olduqda da bu baş verir.
3. Qanın öz rəngi - körpə uşaqların dərisi xoş çəhrayı rəngdə olur, bu sağlamlıq əlamətidir. Amma yaş keçdikcə fiziki yük, stress, xəstəliklər dərinin rəngini dəyişir. Dərinin çəhrayı rəngdə olaması onun zəngin oksingenlə yaxşı təchiz olunmasını göstərir. Amma qanında karbon qazı olanlarda dəri göyümtül rəng alır.
Bir insanda periferik çianoz varsa, onun ayaqları, barmaqları göyərmiş kimi və soyuq olur. Bu zaman qan dövranı pozğunluğu xəstəlikləri - Reyno sindromu, tromboz, varikoz, diabetik angiopatoya, aterosklerozdan şübhələnirlər.
Qanı qatılaşan insanlarda da periferik sirroz olur.
-Ürək-damar patologiyaları - ürək ritminin pozulması, azlaması, ürək əzələsinin gec yığılıb açılmasında, klapan stenozunda, ürək çatışmazlığında da dodaqlar göyərir.
Sizdə sianoz olub-olmamasını bu testlə öyrənə bilərsiz. Qulağın uclarını bərk sıxıb saxlayın və bir neçə saniyə sonra buraxın. Əgər qulaq ucu göyərib tez itirsə bu periferik sianozdur, yox göyərmə gec itirsə, bu mərkəzi sianozdur.
-Hemoqlobin azlığı - Dəmir tərkibli hemoqlobin - Qanda oksidləşmiş hemoqlobin az olduqda qan bir o qədər göyərmə verir.
Eləcə də hemoqlobinin karbon qazı ilə birləşməsi də təhlükəlidir, o da dodaqlara göyərmə yaradır. Bir sözlə, xüsusən uşaq və gənclərdə göyərmiş dodaqlar gördükdə, hemoqlobin və dəmir defisiti yoxlanmalıdır.
-Dağ xəstəliyi - Dəniz səviyyəsindən hündür yerlərə çıxdıqda, dağlıq ərazi, dağ rayonları və s. havada oksigenin təzyiqi azalır, nəticədə qanda oksigen də düşür. Yüngül dağ xəstəliyində başgicəllənmə, ürək bulanma, təngnəfəslik, üzün şişkinliyi, taxikardiya ola bilir. Eləcə də dodaqlar göyərir
-Ağciyərlərin xəstəlikləri - tənəffüs orqanları toxumasında hər hansı pozulma qazların mübadiləsini pozur və hipoksemiya yaradır. Bu xəstəliklər zamanı da dodaqlar göyərmiş ola bilir
-Astma bronxit - nəfəs yollarının daralması nəticəsində oksigen çatışmazlığı olur. Bu adamların da dodağının rəngi qaçır.
-Pnevmoniya və ağciyərlərə maye dolması - ağciyərlərin iltihabı zamanı ora qida qalığı, mədə şirəsi, ağız suyu düşür. Ağciyərlər oksigeni çatdıra bilmir. Öskürək, ağrı, hərarət, xoşagəlməz qoxu, eləcə də ağız ətrafının göyərməsi simptomları olur.
Ağız ətrafı və dodaqların göyərməsi ümumiyyətlə səhhətdə problemlərdən xəbər verir, bu siqnalı görməzdən gəlməyin.
Həm uşaqlarda, həm böyüklərdə qan, ürək, ağciyər xəstəlikləri istisna edilməlidir. Əgər hər hansı müvəqqəti təsir yoxdursa, dodaqlarda göyərmə həftələrdir keçmirsə, terapevtdə müayinədən başlayın.
Milli.Az

Xəbərlər     Baxılıb: 1186   Tarix: 27 noyabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

sac duzumleri geyim və ayaqqabılar qadin sayti cinsi əlaqə gündəlik bürclər vətən haqqında bayatı 2026 qis modasi kosmetika laylalar novruz burcler haqqinda burclerin uyumu kökəlmək üçün