Doğuş zamanı ölən 20 yaşlı ana ilə bağlı RƏSMİ AÇIQLAMA
Noyabr ayında Şamaxı rayonunda doğum zamanı baş verən ana ölümünün səbəbi açıqlanıb.
Qadinsayti.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızının ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası aparılıb.
Onun sözlərinə görə, ekspertizanın nəticəsində ana ölümünün xroniki hepatit, natamam septal sirrozdan baş verdiyi məlum olub: "Ananın qaraciyəri çox ağır vəziyyətdə olub. Qadın yalnız hamiləliyinin 28-ci həftəsində həkimə müraciət edib. Bu xəstəliklərlə onun hamilə qalması sual altında idi. Bu səbəbdən ananın qaraciyər hüceyrələri də əkilib. Nəticədə 20 yaşlı ananın niyə sirroz olması dəqiqləşdiriləcək, onun qaraciyər və mədəsində damar genişlənməsinin səbəbi məlum olacaq".
S.Məmmədova qeyd edib ki, ötən ay Azərbaycanda yalnız bir ana ölümü baş verib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Tərəf müqabili oldular