Doğuşa nəzarət həbləri qadınlarda depressiya riskini artırır
Hormonal kontraseptivlər depressiya riskini artıra bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu "The Conversation"a açıqlamasında neyrobioloq Natali Tronson deyib.
O, qadınların təxminən 10%-i üçün dərmanların depressiya riskini artıra biləcəyini söyləyib.
"Bu, dərmanların tərkibindəki estrogen və progesteron hormonlarının beyin sağlamlığında mühüm rol oynaması ilə bağlıdır. Onlar menstruasiya dövrünü, yaddaşı və duyğuları tənzimləmək üçün xüsusi molekullara bağlana bilərlər.
Tədqiqatlar estrogen və progesteronun stresə reaksiyanı tənzimlədiyini göstərib. Hormonal dərman qəbul edən qadınlar soyuq suya girdikdə və ya ictimai yerlərdə çıxış edərkən daha çox kortizol ifraz ediblər", - mütəxəssis bildirib.
Bununla belə, neyrobioloq qeyd edib ki, stresə reaksiyanın dəyişməsi depressiya riski ilə birbaşa əlaqəli deyil:
"Buna görə də hormonal dərman qəbul edən hər 10 qadından 9-da depressiyaya düşmə riski yoxdur".
Natali Tronson doğuma nəzarət həbləri qəbul edən qadınlarda depressiyanın inkişafına başqa hansı amillərin təsir göstərdiyinin hələ də məlum olmadığını etiraf edib.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun" - Könül Kərimova
Cövdət qızı ilə - Fotolar
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
"Vanlı Kara Haydar"ın işindən xəbər var