Doğuşdan Xoşqədəm Hidayətqızına ildönümü təbriki
Türkiyəli müğənni Doğuş həyat yoldaşı aparıcı Xoşqədəm Hidayətqızını toy ildönümü münasibəti ilə təbrik edib.
İfaçı sosial şəbəkədə xanımına olan ürək sözlərini yazıb.
"Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümü ayrılığı məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim".
Aparıcının da cavabı özünü çox gözlətməyib. O da həyat yoldaşına sosial şəbəkə vasitəsilə ürək sözlərini bildirib:
"Düz bir il əvvəl bu günü... Mənim dəyərli dostlarım, sizlərə xoşbəxtlik, sağlıq və hüzurlu bir yuva hazırlayıram. Allahıma şükr edirəm ki, bu gün güvənə biləcəyim, ən xoş günümdə, ən çətin anımda əlimdən tutan, mənlə sevinən, kədərlənən ailəm var. Allah evimizdən atamızı, anamızı əskik etməsin. Rəbbim bütün ailələrə xoşbəxtlik nəsib etsin. Qarşımıza qısqanc, paxıl, qəlbi pisliklərlə döyünən şeytanları çıxarmasın. Doğuş, nə yaxşı ki, varsan, səni tanıdım, bir ömür boyu yol getməyi seçdim. Sən məni dəyişdin. Hər dəfə şikayətlənəndə keçdiyin yolu, qarşılaşdığın insanları xatırladaraq, mənə şükr etməyi öyrətdin. Səninlə daha da müdrikləşdim. Nə yaxşı ki varsan".
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri