Doktor Entoni Fauçi amerikalılara əllə görüşməyi dayandırmağı tövsiyə edib
Görəsən amerikalılar cəmiyyətin sosial və mədəni normalarını dəyişərək bir-biri ilə əl sıxaraq görüşməyi dayandıracaqlarmı?
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli allergiya və yoluxucu xəstəliklər institutunun direktoru, ABŞ Prezidentinin koronavirusla mübarizə üzrə baş müşaviri doktor Entoni Fauçinin fikrincə, amerikalılar hətta karantin başa çatdıqdan sonra belə bir-birinin əlini sıxmağı dayandırmalıdırlar.
"Düzünü desəm, mən hesab etmirəm ki, biz nə vaxtsa bir-birimizin əlini sıxmalıyıq", - deyə Fauçi "Wall Street Journal" nəşrinə müsahibəsində bildirib. O deyib ki, koronavirusun qarşısının alınması ilə bərabər, bu, həm də ABŞ-da mövsümi qripə yoluxmaların sayını əhəmiyyətli dərəcədə azalda bilərdi.
"Biz bu adəti pozmağa məcburuq", - deyən Fauçi əlavə edib ki, əllər əsas virusdaşıyıcılardan biridir, çünki insanlar daim əlləri ilə bir-birinə toxunur, sonra isə gün ərzində əllərini bir neçə dəfə üzlərinə vururlar. Fauçi hesab edir ki, əgər əllə görüşməyin indiki dövrdə hansı risklər əmələ gətirəcəyini nəzərə alsaq, sosial normanı dəyişdirmək mümkündür. O, həmçinin bəyan edib ki, amerikalılar ehtiyatla hərəkət etməli və ölkədə sosial məsafə saxlamaq üzrə məhdudiyyətlər yüngülləşdirildikdən sonra belə əlsıxma kimi adətlərə qayıtmağa tələsməməlidirlər.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Çinlilər oyanandan sonra bunu edirlər