Donor qanı kofein və dərmanlarla kirlənmiş olur - ŞOK ARAŞDIRMA
Alimlər insanlara köçürülən donor qanlarını yoxlayıblar. Adətən donor qanları ciddi xəstəliklər, infeksiyalara görə yoxlanılır. Amma normal donorluq üçün ayrılan qanda çirkləndirici maddələr, kofein, antidepressant, antibiotik, öskürək dərmanlarının qalıqları tapılıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ alimləri 18 partiya təmizlənmiş plazmanı qan bankından nümunə götürüb analiz ediblər.
Nəticələr göstərib ki,qan zərdablarında 90% kofein, 72% müxtəlif psixotrop dərman qalıqları, 44%-də isə dekstrometorfan - öskürək dərmanın izləri aşkarlanıb.
Qanda kofeinin olması təsadüfi deyil, çünki insanların 60%-i qəhvə içir.
Bu qanı xəstələrə köçürmək elə də təhlükəli deyil.
Lakin dərman birləşmələri olan qanın istifadəsi xəstələr və müalicə həkimi üçün problem yarada bilər. Donor qanından əsas qan dövranına düşəcək bu maddələr ferment metobilizminə təsir edib, müalicəni effektsiz edə bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir