"Dördotaqlı ev versələr, 5-ci uşağı doğaram" – Elnarə Xəlilova ilə müsahibə, FOTOLAR, VİDEO

"Dördotaqlı ev versələr, 5-ci uşağı doğaram" – Elnarə Xəlilova ilə müsahibə, FOTOLAR, VİDEOElnarə Xəlilova: "Tanınmışlar əxlaqlı olmalıdır, övladımın tərbiyəsini pozmağa haqları yoxdur"
Müğənni Elnarə Xəlilova musavat.com saytının redaksiyasında qonaq olub.

Suallarımıza cavab verən ifaçı ilə yeni yaradıcılıq işlərindən, şou aləmdəki qalmaqallardan və şəxsi həyatından danışdıq:

- Ard-arda yeni mahnılar yazdırır, kliplər çəkdirir, üzərinizdə çalışırsınız. Sənət aləmindəki yeriniz sizi qane edir?

- Hər kəsin bu sənətdə öz yeri var. Əlimdən gələni edirəm. Arzular, musiqilər çoxdur. Müxtəlif planlar da var. Bir tədbirdə çıxış edəndə qonorar yazılmalıdır ki, müğənni də yeni işlər görsün. Bu bizdə yoxdur. Toya da getmirəm. Qazanmıram, ancaq xərcləyirəm. Pulum çox olsa, daha çox iş görərəm.

- Dinləyicilərinizi hansı yeniliklər gözləyir?

- Nadir Əzimovdan yeni mahnı gəlir. Bir də Cabbar Musayevdən qəşəng mahnı var. Sözləri Kamal Abdullanındır, "Payız sevgisi" adlanır. Kamal Abdullanın "Mən elə sizəm" sözlərinə musiqi bəstələdim. Xocalı soyqırım ərəfəsində əlimə yaxşı mətn gəldi, ona musiqi yazdım. Zərurətdən bəzən mahnı yazıram.

- Tələbələriniz olduğunu ilk dəfə imza günündə ortaya çıxardınız. Adətən, müğənnilər tələbələri ilə öyünürlər. Bununla da daha bilikli olduğunu iddia edirlər...

- Mən Gülyaz xanımın tələbəsi olmuşam. Gülyaz-Gülyanaq bacılarının, Aybəniz Haşımovanın, Lalə Məmmədovanın tələbələri olduğunu bilirəm. Ola bilər, hərə fərqli məqsədlə bunu dilə gətirsin. 23 yaşımdan tələbələrim olub. "Şərq ulduzları" qrupum vardı, orada hər yaş qrupundan tələbələrim vardı. Safura Əlizadə, Kəmalə Qaramollayeva, Fərid tələbəm olub. Aralarında çox məşhurlar var. Amma dilə gətirib, "hava atmamışam". Tələbən olmaq gözəldir, deməli, məktəb ola bilirsən. Özündən sonra iz buraxacaqsan. Hər kəs pedaqoq ola bilmir. Sən gözəl müğənni ola bilərsən, bu pedaqoq olacağın anlamına gəlmir. Barmaqla sayılacaq qədər şou əhli pedaqoq kimi fəaliyyət göstərə bilir.

- Nə vaxtsa, qrup qurmaq fikriniz var?

- Qrupun aqibəti yaxşı olmur. İndi nəinki Azərbaycanda, dünyada da qrupa maraq yoxdur. Hər kəs solo karyera qurmaq istəyir. Indi albom da çıxartmaq istəmirlər, hər kəs sinql ilə kifayətlənir. Uşaqlarla bağlı maraqlı fikirlərim var. Mərkəz açmaq istəyirəm. Hazırkı tələbələrimi Xarici Dillər Universitetindən seçmişəm. Rektor məni dəvət etdi, 5 ay işlədim. Indi işi böyütmək istəyirəm. Mərkəzdə başqa universitetin tələbələri də gələ bilər. Yaş həddindən asılı olmayaraq istedadlı hər kəs dəvətlidir. Mərkəzin adı El Yaradıcılıq Mərkəzi olacaq. Orada musiqi dərsləri ilə başlayacağıq. Sonra tələbat olsa, piano dərsləri, toxuculuq kursu, qadın klubu, psixoloq xidməti və s olacaq. Hələ ki, vokal dərsləri ilə başlayacağıq.

- "W-trio" illər öncə dağılsa da, hələ də qrup üzvülərini bir araya gətirmək istəyənlər var. Röya isə müsahibələrinin birində qrupun əfsanə olduğunu, bir daha bir araya gələ bilməyəcəyini dedi...

- "Heç vaxt heç vaxt demə" deyirlər, amma bilmək olmaz. Mən də bizim bir araya gəlməyini görmürəm. Fərd olaraq özümüzü tapmışıq, hərənin öz auditoriyası var. Sevənlərimiz fərqlidir, məni sevən Röyanı sevə bilməz. Sanmıram, birləşək.

- Bəs insanlar niyə bunu sizdən istəyir?

- İnsanlarda qəribə xüsusiyyət var, keçmişi daim nümunə çəkirlər. Məni də 15 il öncəki kimi görmək istəyirlər. Amma bu mümkün deyil. Illər dəyişdikcə zövqlər dəyişir. Kimə nə yaraşırsa, onu geyinir. Kim nəyi sevirsə ona qulaq asır. Zövqlər müzakirə oluna bilməz. Səhnə adamının sanki, qocalmağa haqqı yoxdur. Qocala, böyüyə, kökələ bilməzsən. Dəyişmək olmaz. Əvvəlki sözü əsəblərimi pozur.

- Hələ də sizi şıltaq Elnarə kimi görmək istəyirlər...

- Biz də qocalırıq. Saçımı rəngləməsən, ağappaqdır. Mən 4 uşaq anasıyam. Şıltaq qız obrazından 12 ildir ki, çıxmışam. Indi şıltaq qızım böyüyür. Ayıb deyil mənə? Deməzlər ki, yaşına başına bax, utanmır? 38 yaşım olsa da, ruhən 26 yaşımda ilişmişəm. Bəzən çərçivədən çıxanda yoldaşım deyir, özünə gəl, 4 uşaq anası. Mənim böyüyüm var, yiyəsiz deyiləm. Həyat yoldaşım var. Səhnədə, mahnıda, hər daim yoldaşımı, ailəmi gözümün önünə gətirirəm. Bilirəm nəyi bəyənmir. Camaatın xoşuna gələcəyəm deyə ailəmi dağıdım? Ərə gedənə kimi nə olubsa, olub. İnsan yaşa dolduqca kamilləşir. Zaman, məkan insanı dəyişir. İndi anamı daha yaxşı başa düşürəm. Qızıma qarşı qəlbi qarayam, evə yaşıdı oğlanlar gələndə, baxmıram ki, qohumdur. Qızımı bacımgilə göndərirəm. Yoldaşım da, bilir qəlbi qarayam, üzümə vurmur. Övlad böyütmək çətindir. Eqoistlik edə bilmərəm. Məni sevmələri üçün ailəmi itirə bilmərəm.

- Bir az da şou-biznesin qalmaqallarından danışaq. Son günlər dalaşanların sayı artıb, izləyirsiniz?

- İki ildən sonra 40 yaşım olacaq, ömür qısadır. Hər şeyin qədrini bilməyə başlamışam. Sanki, Natavanda da həmin hisslər yaşanır. Düşünürdüm ki, Nata ilə Aygün heç vaxt barışmayacaq. Onların səmimi fotosunu görüb çox sevindim. Müğənnilər birincilik üstündə dalaşır, ikinizdə birincisiniz, lap üçünüzdə olun, bir-birinizi qırmayın. Qalmaqallar bezdirib insanları, əsəbləri korlayır.

- İlhamə Quliyevadan sonra ən çox tac qoyan müğənnisiniz. Çoxları da deyir ki, şou-biznesin hegemonu olmağa iddialısınız...

- Mən "Möhtəşəm yüzyıl" serialını çox bəyənirdim. Serial gedə-gedə dizaynerlər, modelyerlər axtarırdım ki, mənə qədim türk xanımının libasından tiksinlər. İlk dəfə başıma tac qoyanda 35 yaşım vardı, yay ayları idi. Elə bil hiss etdim ki, trend olacaq. Bir neçə ay sonra "Dolce Gabanna" öz kolleksiyasında tacı trend etdi. 2015-ci ildən danışıram. Mənə irad bildirəndə Şahzadə Diananın fotosunu tapıb paylaşdım ki, ilk dəfə tacı o qoyub. Mənə dedilər ki, sən şahzadəsən, kraliçasan? Dedim, nə kraliçayam, nə şahzadə. Belə də ki, ailəmin, həyat yoldaşımın kraliçasıyam. Tac sırğa, bilərzik kimi aksesuardır. Mənim pis niyyətim yoxdur, kiməsə söz atmıram.

- Bizdə tac deyəndə İlhamə Quliyeva ağıla gəlir...

- Mən tac taxanda İlhamə xanım sağ idi. O mənim üzümə deməyib ki, niyə tac taxırsan? Mənə Natavanın ad günüdə dedi ki, sənə afərin, düzünü sən etdin, ərə gedib, uşaq doğdun. Sənə qalan ailən olacaq. İlhamə Quliyevanın taca ehtiyacı olmayıb. Onun ədası, nazı tacı idi. Bəzən insanlar hər şey ucuzluğa gedir, ağlıma gəlməyən şeyi ağlıma gətirirlər.

- Son zamanlar tanınmışların sosial şəbəkədə savadsız, səhvlərlə dolu yazdıqları statusları müzakirə olunur. Bəzən deyirlər ki, tanınmışlar ictimai fiqurdur, onlar nümunə olmalıdır. Bu fikirlə razısınız?

- Xarici ölkələrdə də savadsız yazan məşhurlar çoxdur. Biz onları buna görə qınaya bilmərik. Yazı şərtidir. Bəzən mən də həyəcanlı olub yazıram. Iki gün keçir, baxıram ki, nəyisə səhv etmişəm. Bu o deməkdir ki, savadsızam?. Biz tanınmışdan əxlaqlı olmağı tələb edə bilərik. Çünki göz önündədir, canlı nümunədir. Biz uşaq böyüdürük. Niyə televizora baxanda uşağımın tərbiyəsi, zövqü pozulmalıdır. Üst qurumlar seçici davranmalıdır, yüngül senzura olmalıdır. Illər öncə danışığını bilməyənlərin efirdə nə işi vardı? Indi aparıcı özünü apara bilmir, o da qalsın veriliş aparsın. Danışıram, oluram pis. Yoldaşım da məni danlayır. Deyir ki, danışma, qoy, başqası danışsın. Deyirəm ki, mən ana kimi danışıram. Uşaqlarım 4 ildir ki, televizora baxmır. Mənə də baxmırlar. Həqiqətən, indi senzuraya ehtiyac var.

jWetEdBMvHo4vhsTfdr7ervkvKkS4hqQ1vvwJMU2NLSRz151f6jG.jpg (67 KB)

- Tanınmışlar saxta izləyici artırmaları gündəmdən düşmür. Bu yola onlar tamaşaçıları, yoxsa özlərini aldadırlar?

- "İnstagram" və "Youtube" izləmələrinin çoxu saxtadır. Özlərini aldadırlar. Mənim kimi insanların yanında "hava atırlar". "Siz heç kimsiz, biz ulduzuq" deyirlər. Mənim saxta izləyicilərə ehtiyacım yoxdur. Elə bilirəm ki, vaxt gələcək, hər şey ələnəcək. Mənim kimi təhsilli, savadlı musiqiçilər az deyil. Sənət olan yerdə çörək olmur. Vaxt gələcək, qədrimizi biləcəklər.

- Müsahibələrinizin birində demişdiniz ki, "Qəhrəman ana" adı və 3 otaqlı ev istəyirsiniz. Bununla bağlı sizlə əlaqə saxlayan oldu?

- Evi 4 otaqlı istəyirəm. 3 otaqlı istəyəndə 4 uşağım vardı. Qəhrəman ana olmaq üçün gərək 5 uşağım olsun. 4 otaqlı ev versələr, 5-ci uşaq haqqında düşünərəm.

- 5-ci dəfə hamilə olmağınız barədə xəbərlər tez-tez yayılır...

- Kilolarım hələ üzərimdədir, arıqlamağa çalışıram. 70 kilodan düşmür. Bəzi paltarlarda kilom bəlli olur deyə hamilə olduğumu düşünürlər. Hər zaman kiloma uyğun geyinirəm. Artıq kilolarımı gizlədirəm. bəzən isə elə paltar bəyənirəm ki, kilomdan asılı olmayaraq geyinirəm. O zaman da "Elnarə hamilədir" deyə xəbərlər yazırlar. Belə də ki, əri olan doğmalıdır. Qismət olsa, 5-cini də dünyaya gətirərəm. Bir qızım var, 3 oğlum. Qızıma bacı lazımdır.

Xəbərlər     Baxılıb: 2400   Tarix: 18 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Kişilər niyə evlənmək istəmir? - Ən ümumi səbəblər

Hər iki cinsin davranışının dəyişməsinə baxmayaraq, evliliyə münasibət faktiki olaraq eyni olaraq qalıb. Qadınlar əksər hallarda evliliyə və güclü münasibətlərin yaradılmasını istəyirlər.   -a istinadən xəbər verir ki, mütəxəssisləri

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Bağırsaq üçün ƏN FAYDALI QİDA

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib. Bu xəstəliyi olanlar banan yeməlidir. Mixəyi

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

.

Qulaq cingildəməsinin elmi izahı

Qulaqlardakı davamlı səslər təhlükəli bir siqnal ola bilər. Bu əlamətin səbəbinin B12 vitamini çatışmazlığı olduğu bilinir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu əlaməti "tinnitus" adlandırırlar. Bu əlaqəni

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

turlar.az

sonxeber.az kosmetoloq qadin sayti gozel gorunmek mirzə ələkbər sabir satiraları adət ənənələr ulduzların gözəllik sirləri məsləhətlər kosmetika cinsi novruz hakışdaları baldiz maya maskasi toyuq salati