DST özünümüalicədən imtina etməyə çağırır

DST özünümüalicədən imtina etməyə çağırırHazırda Avropa regionunun ölkələrində yaşlı əhalinin təqribən yarısının tibb sahəsində məlumatlılıq səviyyəsi azdır. Onlar həkimlərə vaxtında müraciət etmir və çox vaxt özünümüalicə ilə məşğul olurlar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Bürosunun himayəsi ilə Moskvada keçirilən seminarın iştirakçıları bu problemi müzakirə edirlər.
Qeyri-yoluxucu xəstəliklərə qarşı mübarizə çərçivəsində noyabrın 6-da start götürən ikigünlük seminar sağlamlıq məsələlərində savadlılığın səviyyəsinə həsr olunub. Ekspertləri narahat edən budur ki, region sakinlərinin çoxu diabetə və ya xərçəngə tutulduğunu xəstəliyin ilkin mərhələsində deyil, həkimlərin müdaxiləsinin baha başa gəldiyi, müalicənin isə səmərəsiz olduğu son mərhələsində öyrənir. İnsanların bir qismi həkimin deyil, "yaxın rəfiqənin, yaxud qonşunun məsləhəti" ilə çoxsaylı dərmanlar qəbul edirlər. Əksər hallarda bu dərmanların ziyanı xeyrindən çox olur.
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Moskvada sağlamlıq məsələlərində savadlılığın inkişafı sahəsində özünü doğrultmuş layihələri, habelə xroniki xəstəliklərə qarşı mübarizə və sağlamlığın möhkəmləndirilməsi sahəsində müxtəlif yeni təşəbbüsləri müzakirə edəcək və qiymətləndirəcəklər. Görüşün başlıca məqsədi milli səviyyədə müvafiq layihələrin hazırlanması ilə məşğul olacaq xüsusi ekspertlər qrupuna təlim keçməkdir.
DST-nin məlumatına görə, hər iki saniyədən bir dünyada bir adam qeyri-yoluxucu xəstəliklərdən (ürək-damar, xərçəng, diabet və respirator xəstəliklər, habelə psixi pozulma) dünyasını dəyişir. Hər il dünyada 30 yaşından 70 yaşınadək 15 milyon insan bu xəstəliklərdən ölür.
DST-nin Avropa bölməsinə 53 ölkə, o cümlədən Avropa qitəsi ölkələri ilə yanaşı, Mərkəzi Asiya ölkələri və İsrail daxildir. Sentyabr ayında DST-nin Avropa Bürosunun saytında sağlamlıq məsələlərində savadlılığa həsr olunmuş xüsusi kampaniya başlayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1616   Tarix: 08 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq