Dudayevə heyran idim, onu görmək arzusuyla... - Tanımadığımız Ramzan Kadırov

Dudayevə heyran idim, onu görmək arzusuyla... - Tanımadığımız Ramzan Kadırov"Dudayevə heyran idim, onu görmək arzusuyla bütün günü acqarına Qroznını gəzib-dolaşırdım". 
Bu sözlər tanıdığımız, həm də tanımadığımız Ramzan Kadırova aiddir. 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsində ən çox fəallıq göstərən şəxslərdən biri Çeçenistanın başçısı Ramzan Kadırovdur. Ramzan Axmatoviç tez-tez hərbi əməliyyatların gedişi ilə bağlı açıqlamalar verir, vaxtaşırı döyüşlərin getdiyi ərazilərdə (bir müddət öncə Mariupolda peyda olmuşdu) görünür, ukraynalı hərbçiləri aşağılayır, onları "banderaçı", "nasist", hətta "şeytan" adlandırır. O, Çeçenistandan Ukraynaya könüllülər göndərir, Rusiya Prezidentinə müraciət edərək daha sərt addımlar atmağa çağırış edir və sair. Çeçenistan Rusiyada mövcud 85 federasiya subyektindən sadəcə biridir. Fəqət digər subyektlərin başçılarından səs çıxmadığı halda Ramzan Kadırov canfəşanlıq edir. Çeçenistan Respublikasının gələcək rəhbərini, həmin vaxt isə sadəcə, Çeçenistan müftisinin oğlu, gənc Ramzan Kadırovu rusiyalıların böyük əksəriyyəti ekranlarda ilk dəfə 2000-ci ilin əvvəllərində, atası ilə birlikdə Çeçenistanda hərbi əməliyyatlara qoşulanda görüblər. Bəs, Ramzan 90-cı illərdə, bütün Rusiya üçün təlatümlü, Çeçenistan üçün xüsusilə ağır olan dövrdə nə işlə məşğul idi?
Dudayevə heyran idim, onu görmək arzusuyla... - Tanımadığımız Ramzan KadırovPublika.az Ramzan Kadırov personasına bu günlərdə artan marağı nəzərə alaraq, onun haqqında hazırladığı məqaləni təqdim edir. 
Necə deyərlər, əvvəldən başlayaq. Ramzan Kadırov 1990-cı illərin əvvəllərində doğma Sentaroy kəndində (2019-cu ildən kənd Ramzanın atasının şərəfinə Axmat-Yurt adlanır) orta məktəbin onuncu sinfini bitirib. O, 90-cı illərdə adi kənd oğlanı idi, idmanı – boksu sevirdi. Bir versiyaya görə, Ramzan döyüş sənətinin bu növündə idman ustalığına namizəd və ya idman ustası olub. Gənc Ramzan o vaxtlar postsovet məkanına yeni-yeni ayaq açmış videomaqnitofonda Van Dammın "krutoy" döyüş filmlərinə baxır, dünyaca məşhur boksçu (respublikanın rəhbəri olanda Çeçenistana dəvət edir) Mayk Taysonun döyüşlərinə maraqla tamaşa edirdi. O, həvəslə motosiklet qovur və atasının "Niva"sını sürürdü. Ramzan gəncliyində olduğu kimi, hələ də köhnə motosikletlərə heyrandır. Qəhrəmanımız məktəbdən sonra təhsilini davam etdirməyi düşünür, kənddə qalıb işləmək istəyirdi. O, Baçi-Yurt kəndində kombaynçı kurslarını bitirib, bu barədə müvafiq sənəd alıb.Ramzan Kadırov müsahibələrində açıq şəkildə etiraf edir: əksər çeçenlər kimi, o da gəncliyində çeçenlərin millilideri, 1991-96-cı illərdə İçkeriya Çeçen Respublikasının prezidenti olmuş Cövhər Dudayevin çıxışlarına heyran idi... "Mən o zaman düşündüm ki, Dudayev milli qəhrəmandır. Hər səhər avtobusla Qroznıya gedirdim, bütün günü acqarına şəhəri gəzib-dolaşırdım, Cövhəri görmək arzusunda idim", – deyə Ramzan Kadırov bir dəfə səmimi şəkildə etiraf etmişdi. O, orta məktəbdən tanıdığı həmkəndlisi Mədni Aydəmirova ilə evlənir. Toy 1994-cü ildə, Şimali Qafqazda genişmiqyaslı hərbi əməliyyatların başlaması ərəfəsində baş tutur. 1996-cı ildə xoşbəxt cütlüyün Ayşat adlı qızları dünyaya gəlir. Təəssüf ki, qızcığazın ömrü qısa olur... Onlar 1998-ci il dekabrın 31-də doğulan təzə övladlarına, çeçen ənənəsinə görə, rəhmətə gedən bacısının – Ayşatın adını verirlər. Ayşat indi bütün Çeçenistanda tanınmış modelyer və kulinariya mütəxəssisi olmaqla yanaşı, həm də respublikanın mədəniyyət naziridir. 
Dudayevə heyran idim, onu görmək arzusuyla... - Tanımadığımız Ramzan KadırovRamzan Axmatoviç 1994-cü ilin payızında müddətli hərbi xidmətə getməli idi. Lakin o vaxta qədər məlum səbəblərdən çeçenlərin hərbi xidmətə çağırılması dayandırılmışdı. Fəqət Ramzan Kadırov 1990-cı illərdə birbaşa hərbi əməliyyatlar zamanı sürücü və şəxsi mühafizəçi, bəzi hallarda isə rəhbərə təhkim olunan səlahiyyətli şəxs və kuryer kimi atasının əhatəsində olub. O, 2000-ci ildə RF-nin daxili orqanlarında xidmətə başlayana qədər əlində silah tutmayıb. 
Dudayevə heyran idim, onu görmək arzusuyla... - Tanımadığımız Ramzan Kadırov"Mən onu (R.Kadırovu) atamın qərargahında görmüşdüm. O, atasının tapşırığı ilə qoltuğunda qovluqla dolaşırdı", - Cövhər Dudayevin indi Litvada yaşayan kiçik oğlu Deqi xatırlayır."O vaxt Deqinin yaşı az və ağılsız idi. Amma həmişə atasının yanında olurdu", - bunu isə Ramzan Kadırov Deqinin sözlərini şərh edərkən bildirmişdi. Ramzan Kadırov atası ilə birlikdə iki rusiyalı çağırışçını və bir müqaviləli əsgəri yaraqlılardan necə xilas etdiklərini də xatırlayır. Sonra onların hamısı öz evlərinə qaytarılıb. 1999-cu ildə Ramzan Kadırov atasının Çeçenistanda qarışıqlıq salan vəhhabilərə qarşı silahlı mübarizəsinə dəstək verəcək, Yamadayev qardaşlarının dini ekstremistləri buraxmadığı Qudermes şəhərində ailəsi ilə birlikdə sığınacaq axtarmağa məcbur olacaq, 1999-cu ilin payızında isə atası ilə birlikdə general Troşyevin qoşunlarının olduğu yerə gedəcəkdi. Bütün bunlar onun həyatının maraqlı ştrixləridir.Ramzan Kadırovun maraqlı və heyrət doğuracaq şəxsi keyfiyyətləri barədə  növbəti məqaləmizdə bəhs edəcəyik…Dudayevə heyran idim, onu görmək arzusuyla... - Tanımadığımız Ramzan Kadırov

Maraqlı     Baxılıb: 1563   Tarix: 03 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari gelinlikler qadin donlari gozalti qaralar ucun maska alimlər veten haqqinda bayatilar kosmetika sirin qogal salatlar vətənə aid bayatılar qiz evi ucun statuslar