Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq? - Professor peyvəndlərin təsiri barədə gerçəkləri açdı

Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq? - Professor peyvəndlərin təsiri barədə gerçəkləri açdıRusiyalı virusoloq, tibb elmləri doktoru, Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin professoru Anatoli Altşteyn koronavirusa qarşı hazırlanan peyvəndlərin əhəmiyyəti və təsiri barədə vacib faktları açıqlayıb.
Milli.Az professorun bu barədə müsahibəsini təqdim edir.
- Alimlər qeyd edir ki, koronavirusa yoluxan hər kəsdə virusa qarşı qazanılmış antikorlar zamanla yox olur. Bu, o deməkdir ki, COVID-19-a qarşı effektiv peyvənd yaratmaq mümkün deyil?
- Effektiv peyvəndin yaradılması mümkündür. Lakin koronavirusa qarşı effektiv peyvənd haqqında danışmaq üçün hələ tezdir. Peyvənd sınaqları bütün mərhələlərdən keçdikdən və etibarlı nəticə əldə etdikdən sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq. Əlavə edim ki, Rusiyada hazırlanan COVID-19 əleyhinə peyvəndlərin təsirli olacağına inam böyükdür.
Qamaleya adına Araşdırma Mərkəzimizdə hazırlanan peyvəndlər artıq insanlar üzərində sınaqdan keçirilib. Peyvəndin istifadəsini yolverilməz hala gətirən heç bir açıq əks təsir yoxdur, könüllülərdə antikorlar yaranıb. Ancaq bu antikorların insanları nə qədər qoruduğu sınaqların yalnız sonrakı mərhələlərində müəyyən olunacaq. Bu peyvəndin geniş istifadəsinə sentyabr ayında başlayacaqlar, sonra minlərlə insana tətbiq ediləcək. Və yalnız bundan sonra peyvəndin nə qədər təsirli olduğu aydın olacaq.
- Yəqin ki, 2009-cu ildə donuz qripi adı ilə tanınan H1N1 peyvəndi haqqında xəbəriniz var. Virusa qarşı peyvənd hazırlandı və Almaniya hökuməti tərəfindən alındı, peyvənddə 50 milyona qədər insanın iştirak edəcəyi güman edilirdi. Şimali Reyn-Vestfaliya Səhiyyə Nazirliyinin sonrakı hesablamalarına görə, bir milyona yaxın sakin "donuz qripi"nə qarşı peyvənd edildi. Lakin hakimiyyət tərəfindən satın alınan 7,4 milyon dozadan 6,4 milyonu istifadə edilməmiş qaldı. Nəticədə tələb olunmamış vaksinin alınmasına AFR-in bütün federativ əyalətlərinin ümumi xərci 27,6 milyon avro təşkil etdi. Eyni ssenari Rusiyada təkrarlana bilərmi?
- Rusiyada da əhalinin önyarğısı böyük rol oynaya bilər. Ancaq əminəm ki, peyvəndlənmək istəyən həssas insanlar çox olacaq - xüsusən də peyvəndlər pulsuz olarsa. Peyvəndin insanlara fəsadları ola bilməz, yenə təkrar edirəm, onun təsirli olacağına ümid böyükdür.
- Ümumdünya Səhiyyə Təşkilatı peyvənd və ya dərman vasitəsi ilə pandemiyanı dayandırmağın mümkünlüyü barədə fikrində haqlıdırmı?
- ÜST demək olar ki, haqlıdır, ancaq başa düşməliyik ki, virus dəyişir, zəifləyə də bilər. Koronavirus artıq bu zarafatı insanlığa iki dəfə edib.
2002-2003-cü illərdə Vyetnamda və Çində SARS epidemiyası yayılmışdı, çox ağır idi, bir neçə min insan virusa yoluxmuşdu, ancaq aralarında ölüm nisbəti təqribən 10% idi. Alimlər SARS əleyhinə peyvəndlər hazırlasa da, onlara tələbat olmadı, çünki virus dəyişdi və praktik olaraq yox oldu.
Başqa bir hekayə 2012-ci ildə oxşar epidemiyanın başlandığı Yaxın Şərqdə baş verdi - törədici indiki ilə çox oxşar idi. Cəmi 2-3 min yoluxma var idi, lakin yoluxanların demək olar ki, 30%-i öldü. Bu koronavirusa da qarşı peyvənd hazırlandı, amma istifadə edilmədi. Virus sanki ərimişdi - onun ştammları ifraz olunur, ancaq ölümcüllük baxımından eyni deyildi.
Odur ki, mövcud koronavirusun da dəyişəcəyinə və ölüm hallarının azalacağına ümid edirik. Bir sıra ölkələrdə ölüm nisbəti artıq 1-2%-dir. İnanmaq istəyirəm ki, bundan sonra virusun yalnız zəif forması yayılacaq, epidemiyalar da onların nəticəsi olacaq.
Təkamül yolu göstərir ki, virus zaman keçdikcə çoxalmağa doğru gedir və daha az patologiya meydana gətirir. Bir virusun çoxalması, lakin ölüm riskinin aşağı olması "daha sərfəlidir". İnsan virusun ağır formasına yoluxduqda və öldükdə çox sayda viral maddə yox olur, virusun yayılması zəifləyir. Ancaq yumşaq formalarda virus yaxşı yayılır - odur ki, təkamül bu istiqamətdə gedir.
- İsraildə COVID-19-un ikinci dalğası müşahidə olunur?
- Xeyr, bu ilk dalğanın davamıdır. İsraildə həqiqətən yoluxma artdı, sonra demək olar ki, zəiflədi. Bu ikinci dalğa kimi görünür, amma bir şeyi unutmamalıyıq. İsraildə yumşalmadan sonra kifayət qədər insan yoluxmuşdu, karantin tədbirləri zəiflədikcə yoluxma sayı yenidən artmışdı. Ancaq Qərbi Avropa ölkələri və Amerikanın bəzi ştatları ilə müqayisədə İsraildə ölüm səviyyəsi aşağıdır.
- Koronavirusa qarşı vaksin hazır olarsa, əhalinin kütləvi peyvəndlənməsinə ehtiyac varmı?
- Məncə, kütləvi peyvəndlənmə lazımdır. Virus çox yoluxucudur, görünən odur ki, onun bizdən "əl çəkmək" fikri yoxdur. Həm bu il, həm də 2021-ci ildə və bəlkə də 2022-ci ildə onun təzyiqi, təsiri altında yaşayacağıq. Odur ki, kütləvi peyvənd çox arzuolunan olardı. Ancaq bunu həyata keçirmək çətindir - çox miqdarda peyvənd tələb olunur.
Səhiyyə Nazirliyi aparılan araşdırmaların nəticələrini təsdiqləyərsə, peyvəndlər Rusiyada avqust ayında artıq təqdim olunacaq. Sözsüz ki, peyvəndin yaranmasından tutmuş geniş yayılmasına qədər uzun müddət lazım olacaq: çox miqdarda vaksin istehsal etmək o qədər də asan deyil. Düşünürəm ki, rusiyalı alimlər peyvəndi qışa qədər ala bilməyəcək. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1229   Tarix: 01 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

yaz geyimleri 2026 gelinlikler sac duzumleri bürclər iyun 2026 cinsiyyet sağlamlıq xəbərləri balamı sevirəm kosmetika şirin qoğal suni mayalanma baldiza aid hakisda novruz bayrami ekizler