Dünya şöhrətli professor UZUNÖMÜRLÜYÜN SİRRİNİ açdı

Dünya şöhrətli professor UZUNÖMÜRLÜYÜN SİRRİNİ açdıMəşhur onkoloq, uzun və ağrısız həyat haqqında ən çox satılan kitabların müəllifi - Devid Aqus bu yaxınlarda Moskvada keçirilən "Sağlam Moskva" assambleyasında məruzə ilə çıxış edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı həkim Cənubi Kaliforniya Universitetinin Tibb məktəbində tibb və texnologiya professorudur. O, Cənubi Kaliforniya Xərçəng Mərkəzinə və Tətbiqi Molekulyar Tibb mərkəzinə rəhbərlik edir. Dünya şöhrətli professor bir çox təltif və mükafatların, o cümlədən Amerika Tibbi Xərçəng Cəmiyyətinin Tibbi Araşdırma və Beynəlxalq Myeloma Cəmiyyətinin mükafatına layiq görülüb.
Devid Aqus ciddi elmi araşdırmaların yaydığı məlumatları izləyərək uzun və ağrısız həyat üçün tövsiyələr siyahısını tərtib edib:
"İndi sağlamlıq sözü çoxlarına darıxdırıcı, məhdudlaşdırıcı, xoşagəlməz görünür. Əslində hər şey o qədər də qorxulu deyil. Bu tövsiyələrin bəzilərinə əməl etmək çətin deyil, hətta xoşdur. Lakin digər məsələlərdə iradənə qalib gələrək öz üzərində çalışmaq lazım gələcək. Belə hallarda başa düşmək vacibdir: bunu kimsə üçün deyil, sevdiyiniz insanlar üçün edirsiniz. Məsələn, şəxsən mən övladlarımı görmək, sonra nəvələrimlə oynamaq üçün daha uzun yaşamaq və sağlam olmaq istəyirəm. Bir sözlə, sizi ruhlandıracaq və aktiv uzunömürlük qaydalarının icrasına uyğunlaşmağınıza kömək edəcək hədəfi müəyyənləşdirmək vacibdir".
Hərəkətsiz gün bir qutu siqaretə bərabərdir!
"Məşq ömrü uzadır, danılmazdır. Oturaq həyat tərzi ürək xəstəliyi və vaxtından əvvəl ölüm riskini artırır. Xərçəngin inkişaf riskinin artdığı da sübut olunub. Altı saat fasiləsiz oturmaq bir paket siqaret çəkməyə bərabərdir.
Yaxşı xəbər budur ki, hətta ən kiçik, o cümlədən məişət məşqləri ömrü uzadır. Ev işləri, piyada gəzmək (ən azı bir neçə dayanacaq), lift yerinə pilləkənlərə qalxmaq - bütün bunlar ömrü uzatmağa kömək edir.
Yalnız səhər məşq edir və ya həftədə iki dəfə, uzun müddət idman salonunda tər tökürsünüzsə, bu doğru seçim deyil. İş gününün sonunda orta səviyyəli fiziki fəaliyyət çox vacibdir. Bu, məsələn, gəzmək və ya rahat ev işi ola bilər".
Ekspert təzyiq, nəbz, qlükoza və xolesterinin mütəmadi olaraq nəzarətdə saxlanmasını tövsiyə edir. Həkim bildirib ki, hansı fasilələrlə edilməsi yaşdan, sağlamlıq vəziyyətindən və həkimlərin tövsiyələrindən asılıdır. 18-30 yaş arasında illik profilaktik müayinədən keçməlisiniz.
Bütün həkimlər kimi, professor da tez hazırlanan yeməklərə və fəstfudlara qarşı çıxır:
"Həddən artıq işlənmiş yeməklərdən çəkinin. Üstəlik, yalnız çox qızardılmış və bişmiş yeməkləri nəzərdə tutmuram. Təzə sıxılmış şirə sizi meyvələrdə olan dəyərli lifdən məhrum edir, eyni zamanda tərkibindəki şəkər, sürətli karbohidratlar köklüyə səbəb olur. Eyni hal blenderlə parçalanmış tərəvəz məhsullarına da aiddir. Blenderdən keçirilən tərəvəzlər müqayisə edilməz dərəcədə sürətlə və asan həzm olunur. Həzm prosesinə xərclənən enerji azalır, qanda qlükoza səviyyəsi daha sürətlə yüksəlir".
Həkim Aqus əsas yeməklər arasındakı qəlyanaltılardan imtina etməyi tövsiyə edir:
"Gündə üç dəfə və nöqtə. Tez-tez yeməyi sevənlərdə diabetin inkişaf riski yüksəkdir. Endokrinoloqlar və diabetoloqlar da bunu təsdiqləyir. Ancaq istisnalar var. Həzm sisteminin müəyyən xəstəlikləri üçün qastroenteroloq fraksiya qidalanma təyin edə bilər. Əlbəttə ki, bu kimi tövsiyələrə əməl edilməlidir.
Meyvə-tərəvəzlərdə çox miqdarda vitamin var.
Mühazirəyə gələnlərin dövrümüzdə dərmanla yetişdirilən meyvə və tərəvəzlərin nə dərəcədə faydalı olması barədə verdikləri suala professorun cavabı belə olub:
"Onların bir çoxu istixana şəraitində yetişir, kimyəvi maddələrdən istifadə edilir, bəzən günəş işığı olmur və s. Lakin supermarketlərdən meyvə-tərəvəz alıb yeyən insanlarda vitamin çatışmazlığı olmur. Odur ki, lazımi ehtiyacı istənilən halda alacaqsınız, narahat olmayın. Yadda saxlayın ki, pəhriz əlavələri şəklində süni şəkildə sintez edilmiş vitaminləri atmaq tövsiyə olunur.
Ümumiyyətlə, elmi cəhətdən sübut edilmiş sağlam qidalanma növü var - Aralıq dənizi pəhrizi. Əsas komponentləri - balıq, tərəvəz, meyvə, zeytun yağı, taxıl məhsulları. Ən optimal ət miqdarı - həftədə 2-3 dəfə 200 - 250 qramdır", - deyə professor vurğulayıb.
Professor Devid Aqus başqa nə məsləhət görür?
- Gündəlik işdə ardıcıllığı qorumaq çox vacibdir. Əvvəla - səhər yeməyi, nahar, şam yeməyini eyni saatlarda yemək. Yuxu saatlarının da eyni olması vacibdir.
- Qrip vaksinləri vurdurun.
- Siqareti tərgidin, o həyat keyfiyyətini pisləşdirir, ciddi sağlamlıq problemlərinə səbəb olur. Elektron siqaretə keçməyin! Onlar daha təhlükəlidir.
- İstirahətə, dincəlməyə vaxt ayırın.
- Yaranan iltihabı müalicə edin. Heç bir halda laqeyd yanaşmayın, çünki iltihabın ürək-damar xəstəliyi, xərçəng və vaxtından əvvəl qocalma səbəbi olduğu sübut edilib.
Məlumat üçün bildirək ki, sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus "Sağlam və uzun ömür qaydaları" kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da "New York Times" versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.
Devid Aqus məşhur "Apple" şirkətinin qurucusu Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni o da inandıra bilməyib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1469   Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

maskalar yay geyimləri 2026 toy makiyajlari əllərin tərləməsi qaraciyər xarici seks uz ucun maska resepti kosmetika toyuq salati səməd vurğun oglaq opusme novruz bayramına aid hakıştalar