Dünya tarixində ilk - Süni ürək taxılan xəstə 100 gün yaşadı

Dünya tarixində ilk - Süni ürək taxılan xəstə 100 gün yaşadıAvstraliyada ürək çatışmazlığından müalicə alan xəstə süni ürəklə 100 gün yaşayıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu dünya tibb tarixində ilk dəfə baş verib. 
Belə ki, 2024-cü ilin noyabrında 40 yaşlarında olan şəxsə  6 saatlıq əməliyyatla "BiVACOR" süni ürək transplantasiya edilib. Əvvəlki ABŞ sınaqlarında bu texnologiya ilə müalicə olunan xəstələr adətən 27 gün ərzində donor ürək alırdı. Lakin, Avstraliyadakı xəstə 100 gün süni ürəklə yaşayıb.
Sidneydə keçirilən uğurlu əməliyyatdan sonra xəstə donordan real ürək transplantasiyası ilə sağlığına qovuşub.
Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu tibbi uğuru "illərdir üzərində çalışdıqları bir xəyalın reallaşması" kimi qiymətləndirib, Prof. Chris Hayward isə BiVACOR-un ürək çatışmazlığının müalicəsində beynəlxalq inqilab yaradacağını bildirib.
Qeyd edək ki, "BiVACOR" adlanan süni ürək Avstraliyanın Queensland əyalətindəki Dr. Daniel Timms tərəfindən hazırlanıb və dünyada ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır. Bu cihaz maqnit levitasiya texnologiyası ilə işləyərək, sağlam insan ürəyinin qan axışını təqlid edir və inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr üçün "körpü müalicəsi" olaraq nəzərdə tutulub.
Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığı ilə mübarizə apararkən, yalnız 6 min nəfər uyğun donor ürək tapır. "BiVACOR" orqan donorluğuna alternativ bir həll olaraq diqqət çəkir. Avstraliya hökuməti bu texnologiyanın inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramı başlatmışdır.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1425   Tarix: 12 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

gözəllik məhsulları toy gecesi aksessuarlar sineye qulluq cox yasa şef master yuxuda balqabaq kosmetika rus dilini öyrənək eqreb bürcler həmidə turpun nağlı