Dünyada insanları ən çox öldürən XƏSTƏLİK - İNFARKT olmamaq üçün OXUYUN

Dünyada insanları ən çox öldürən XƏSTƏLİK - İNFARKT olmamaq üçün OXUYUNDünyada insanların ölüm səbəbi sırasında hələ də infarkt ilk yerdədir.

Stress, böyük şəhərlərdə yaşamağın çətin şərtləri, pis vərdişlər (qidalanma və siqaret), şəkər xəstəliyi, yüksək təzyiq, artıq çəki, xolesterol, hərəkətsiz həyat tərzi ilə siz infartka şərait yaratmış olursunuz.

İnfarkt - ürəyin ana damarlarını bəsləyən koroner damarda tıxanma nəticəsində ürək əzələlərinin bir hissəsinin oksigensiz qalması ilə bağlı ürəkdə meydana gələn zədələnmədir. İnfarkt ani olaraq baş verən və ölümcül xəstəlikdir. Dünyada ən çox rast gəlinən xəstəlikdir.

İnfarkt zamanı bədəndə nələr baş verir?

İnfarkt əsasən özünü ağrı ilə büruzə verir. Çünki ağrı bədənin ilk reaksiyasıdır. Bu həmin şəxs üçün böyük şansdır. Ağrı yaranan kimi xəstəyə müdaxilə edilməsi onun yaşamaq şansını artırır.

Bu zaman sinədə 20 dəqiqədən çox ağrı müşahidə edilir. Həmçinin boyun, çiyin və qollarda şiddətli ağrı, nəfəs darlığı, öskürək, baş gicəllənməsi, qusma, mədə bulantısı, soyuq tər, ürəkdə ritm pozuntusu, halsızlıq, narahatlıq və ölüm qorxusu hiss olunur. Bəzən infarkt qəfildən və şiddətli əlamətlərlə başlayır, ona asanlıqla diaqnoz qoymaq olur. Ancaq şəkər xəstəliyi olan şəxslərdə proses zəif ağrılar və narahatlıq hissi ilə başlayır.
Yaşı 35-dən çox olan kişilər, yaşı 45-dən çox olan və ya menopoz dövründə qadınlar, ailədə damar tıxanıqlığı diaqnozu qoyulmuş şəxslər risk altındadır.

Sadaladığımız əlamətləri hiss edənlər ən qısa zamanda telefonla yaxınlarına məlumat verməlidirlər. Olduğunuz məkanda təksinizsə, qapını açıq qoyun, bu, köməyinizə gələnlərin işini asanlaşdıracaq.

Bir stəkan su ilə aspirin qəbul edin. Bundan başqa, heç nə yeyib-içməyin. Şiddətli öskürək müvəqqəti olaraq qan axınını sürətləndirir. Buna görə burun dəliklərinizi bağlayaraq qüvvətli şəkildə öskürün. Pəncərəni açın ki, otağa oksigen daxil olsun. Köməyinizə kimsə gələnə qədər uzanıb gözləyin.

Bu ağrıları hiss edərkən soyuq və ya isti su ilə yuyunmaq olmaz. Xüsusən də soyuq su çox təhlükəlidir. Çünki o ürək damarlarını büzər və vəziyyət daha da ağırlaşar.

Əgər infarkt keçirən şəxs yıxılaraq başından zədə alıbsa, ürəyə müdaxilə müəyyən qədər təxirə salına bilir.

Xəstəyə anjio edilmədiyi zaman xəstəxana şəraitində tromblar təmizlənir və damar açıcı dərmanlar verilir. 1 saat ərzində təsirini göstərən bu dərmanlar damarların tıxanıqlılığını aradan qaldırır. Dərmanlar həmçinin ağrını aradan qaldırır, ürək ritmini tənzimləyir və nəfəs almanı asanlaşdırır. 4-6 saat ərzində ediləcək kömək ürəyin zədə almadan xilasına imkan verir. publika.az

Xəbərlər     Baxılıb: 1497   Tarix: 29 yanvar 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari geyim dəbləri yoğun bağırsaq xəstəlikləri gözəllik və makiyaj qan qruplari qisa saclarin yigilmasi kosmetika novruz bayrami hakisda damla qiz adlari kurtlar vadisi vətənə aid atalar sözləri