"Dünyada koronavirusa yoluxmayan qalmayacaq" - ANTON QURA

"Dünyada koronavirusa yoluxmayan qalmayacaq" - ANTON QURADünya əhalisinin 70% -i yoluxana qədər koronavirus yayılacaq.
Bu barədə ABŞ-ın Minnesota Universitetinin yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi, doktor Maykl Osterholm "USA Today"ə müsahibəsində bildirib.
Onun fikrincə, vaksin olmasa, (hansı ki, bir ildən gec hazır olacağı düşünülür - red.) virus kollektiv immunitet yaranana qədər yayılmağa davam edəcək. Buna baxmayaraq, Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, eləcə də digər ölkələr tədricən karantin rejimindən çıxırlar.
Milli.Az xəbər verir ki, media.az Ukrayna Müstəqil Tibb İşçiləri Birliyinin həmtəsisçisi Anton Qura ilə bu barədə söhbət edib. Qura bildirib ki, amerikalı alimin fikiləri doğrudur və koronavirusa yoluxmanın azalması barədə danışmaq hələ tezdir.
"Ukraynada 30 mindən çox xəstə var. Və birdən-birə hər yer açılır. Yəqin, indi bizdə nələr baş verəcəyini anlayırsınız...
Tezliklə, hamımız küçəyə çıxdıqdan sonra ikinci dalğa olacaq. Karantin Gürcüstandakı kimi sərt olmalıdır. Azı daha bir ay küçələrə çıxmaq qadağan edilməlidir. Koronavirus yayılmayandan sonra "ölür". Ancaq yenə qayıdıram Ukraynaya - təəssüf ki, bizdə fəlakət olacağını düşünürəm.
39 milyon əhali üçün 400 minə qədər test edilib. Niyə bu qədər azdır? Həkimlər, xəstəxanalarda çarpayılar çatmır, virusoloq, infeksionist yoxdur. Məmurlarımız pulsuz alınan COVID-19 testlərini satan aptek şəbəkələrinin maraqları üçün lobbiçilik edirlər.
Hamımız xəstələnməyincə, COVID-19 davam edəcək. Ukraynada vaksin hazırlandığını elan etdilər. Lakin o, insan orqanizmini sadəcə məhv edəcək və mən buna qarşıyam. Hər bir halda ilin sonuna qədər COVID -19 heç yerə yox olmayacaq. Payızda isə yeni dalğa başlayacaq. Koronavirus mutasiyaya uğrayıb, hazırda bizdə uşaqlar xəstəliyi ağır keçirirlər. Halbuki, əvvəllər belə şey yox idi.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 16 may 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. . xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çola

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.  xəbər verir ki

.

Ayaq və əllərdə göbələk varsa, belə edin

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir. -ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onu

.

"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.  xəbər veri

turlar.az

sade makiyaj sekilleri maskalar yemek reseptleri mede siresi tehsile aid atalar sözləri testosteron nədir hicab baglama usullari kosmetika şəhid usaq geyimleri zehmet ve zinet banan ziyafet geyimleri