Dünyanın ƏN BAHALI ƏTRİ təqdim olundu - 1,3 milyon dollar qiyməti var
"Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri Dubayda təqdim edilib.
Publika.az xəbər verir ki,"Shumukh" adı verilən ətrin dəyəri 1,3 milyon dollardır.Bahalı parfümün adı ərəbcədən "ən yaxşısına layiq olan" mənasına gəlir.
"The Spirit of Dubai" sərgisində yer alan ətrin şüşəsində qızıl, gümüş, almaz, mirvari və bu kimi dəyərli daş-qaşlar var.
Ətri həm kişilər, həm də qadınlar istifadə edə bilər. 3 litr həcmində şüşənin içində yerləşən parfümün ümumi hündürlüyü 1,97 metrdir. Hər yüksəklikdə istifadə edilə bilən avtomatik mexanizm sistemi ilə təchiz olunmuş ətir iki dünya rekordunu qırıb: biri şüşəsinin bəzəyindəki daş-qaş sayı, digəri isə uzaqdan idarə edilə bilən sprey formasında olduğu üçün.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir