Duz hansı xəstəlikdən qoruyur?
Xərçəngin qarşısısının alınması ilə bağlı daha bir araşdırma aparılıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Corciya Universitetinin alimləri duzun orqanizmdə xərçəng hüceyrələrinin böyümə sürətini azaltdığını müəyyən ediblər.
Müəyyən olunub ki, natrium-xlorid nanohissəcikləri hüceyrələrə nüfuz edərək, burada natrium və xlorid ionlarına ayrılır və plazma membranını parçalayır. Bu, hüceyrənin özünü məhv edir. Sərbəst buraxılan molekullar toxumaya dəyəcək ziyan haqqında immunitet sisteminə siqnal verirlər.
Və bədənin patogenlərlə mübarizə aparmasına səbəb olan iltihabi bir reaksiya başlanır.
Laboratoriyada bununla bağlı siçanlar üzərində sınaq aparılıb. Sınaq zamanı natrium-xloridin nanohissəciklərinin xərçəngə qarşı mübarizədə effektivliyi, həmçinin sağlam hüceyrələr üçün təhlükəsizliyi təsdiqlənib.
Nəticədə, şişin meydana gəlməsi və böyüməsinin 66 faiz yavaşıdığı məlum olub.
Tədqiqatçıların fikrincə, sidik kisəsi, prostat, qaraciyər, baş və boyun xərçəngini natrium-xloridin nanohissəcikləri ilə müalicə etmək ən effektiv yoldur.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir