Duz ilə zeytun yağı qarışımı - Bel ağrılarına mükəmməl ÇARƏ!

Duz ilə zeytun yağı qarışımı - Bel ağrılarına mükəmməl ÇARƏ!Osteoxondroz fəqərəarası disklərin distrofiyası nəticəsində onların elastikiliyinin azalması səbəbindən yaranan çox geniş yayılmış xəstəlikdir. Bu xəstəlik onurğaya həddən artıq yükün düşməsi, zərbə və ya yaşla əlaqədar meydana çıxır. Osteoxondrozdan əziyyət çəkən insanlar xəstəliyin çox çətinliklə "tərbiyə" olunduğunu bilirlər. Bu narahatlıqdan birdəfəlik yaxa qurtarmaq üçün kompleks müalicə aparılmalıdır. Əzələləri möhkəmləndirmək üçün xüsusi korset geyinmək, idman hərəkətləri etmək, ağırlıq qaldırmamaq, masaj olunmaq və pozitiv emosiyalara köklənmək tələb olunur. Çünki insan orqanizmi xoşbəxt olduqda daha yaxşı bərpa olunur. Osteoxondrozdan əziyyət çəkənlər təmiz havaya tez-tez çıxmalı və sevdiyi işlə məşğul olmalıdır.
Bütün bu sadalananlardan əlavə, təbii müalicə yollarına da baş vurun. Çünki tibbi müalicə ilə yanaşı təbii vasitələr sizə ağrı hissini unutmağa kömək olacaq.
Milli.Az medicina.az-a istinadən ostexondroz xəstələri üçün ağrını azaltmanın bir neçə üsulunu təqdim edir:
Ostexondrozun təbii yollarla müalicəsi:
Tərkibi:
-10 x/q dəniz duzu
-20 x/q rafinə edilməmiş zeytun (günəbaxan yağı da olar)
-Hazırlanması
Şüşə qabda duz ilə yağı yaxşıca qarışdırın. Duz tamamilə əriməlidir. Qabı qaranlıq yerə qoyun. Qarışığın hazır olmasını bir neçə gündən sonra dibində ağ rəngli çöküntünün əmələ gəlməsindən bilmək olar. Masaja başlamazdan əvvəl qabı yaxşıca çalxalayın. Bu yağla hər gün ağrlyan nahiyənizi enerjili bir şəkildə masaj edin. Prosedurun müddəti ən az 2-3 dəqiqə olmalıdır, amma hər dəfə bu müddəti daha 2-3 dəqiqə artıraraq 20 dəqiqəyədək çatdırmaq lazımdır.
Masaj bitdikdən sonra dərini qaynar suda isladılmış dəsmalla silin. Nəticədə toxumaların qan dövranı yaxşılaşacaq və regenerasiya prosesi sürətlənəcək.
Radikal dəyişikliklər artıq 8-10 prosedurdan sonra özünü büruzə verəcək: beldə olan ağrılar azalacaq, onurğanın hərəkətliliyi və elastikliyi artacaq. Tezliklə siz normal həyata dönə biləcəksiniz.
Mütəxəssislər bu kurs müalicənin bel ağrılarını ən az 5 il müddətinə unudacağınıza zəmanət verir.
Onu da qeyd edək ki, bu cür masaj baş ağrılarının aradan qaldırılmasında da müsbət rol oynayır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1433   Tarix: 11 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari geymler 2026 maskalar capiq ucun maz saclarin yigilmasi şəkillər hicab geyimleri kosmetika xocali novruza aid hakışta sevda rus dilini öyrənək 2 ci dərs gülməli hakıştalar