Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bununla əlaqədar olaraq deyib: "İlk növbədə yastıqların hazırlandığı materiala fikir vermək lazımdır. Əvvəllər daha çox quş tükündən hazırlanmış yastıqlardan istifadə olunurdusa, son illərdə daha çox sintifon balışlara üstünlük verilir, çünki onlar həddindən artıq yumşaq olurlar. İlk vaxtlar həmin yastıqla yatanda özümüzü çox rahat hiss edirik. Ancaq bir müddət sonra boyun və baş hissədə ağrılar hiss olunmağa başlayır. İçərisi sintifonla doldurulmuş yastıqların üz hissəsi təbii pambıq materialından olan parçadan olması daha yaxşıdır".
Mütəxəssislər bildirirlər ki, ildə bir dəfə yastıqları dəyişmək lazımdır. "Həddindən artıq yumşaq və içərisi boş olan balışlardan və eyni zamanda, çox möhkəm balışlardan istifadə edilməməsi daha yaxşıdır. Ona görə də ən məsləhətli olanı üzü pambıq parçadan və içərisi bamuq bitkisi ilə doldurulmuş balışlardır. Həmin yastıqlar həm gigiyenik, həm yumşaq olur, həm də baş və boyunda heç bir ağrıların yaranmasına səbəb olmur", -deyə həkim-fitoterapevt bildirib.
Yataq sərt olduqda hündür, yumşaq olduqda nazik yastıqlar seçmək tövsiyə edilir.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar