Ebru Gündeş Rza Zərrab üçün Ərdoğana müraciət etdi — Müğənnidən ŞOK AÇIQLAMALAR

Ebru Gündeş Rza Zərrab üçün Ərdoğana müraciət etdi — Müğənnidən ŞOK AÇIQLAMALARTürkiyənin tanınmış ulduzu Ebru Gündeş həyat yoldaşı, ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın mənbələrdən məlumat verilib. Verilən məlumata görə, Ebru Gündeş həyat yoldaşı Rza Zərrala bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Tanınmış ulduz ərinin ölkəsinə zərər verəcəyindən qorxduğunu deyib.

"Həyat yoldaşım Rza Zərrabın ABŞ-a gedişi sıradan bir səfər deyil. Türkiyəyə zərər vermək məqsədilə gedə biləcəyindən qorxuram. Qorxuram ki, həyat yoldaşım Rza Zərrab Türkiyəyə zərər verə bilər", - deyə Ebru Gündeş Ərdoğana müraciət edib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə danışıb. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərilə görüşərkən bu barədə fikirlərini bildirib. Onun sözlərinə görə, R.Zərrab ABŞ məhkəməsində nə deməsinə baxmayaraq, Türkiyənin "alnı açıq"dır.

"Məhkəmədə nə deyirlər desinlər, prosesdə nə nəticə əldə olunur-olunsuz, biz doğru olanı etdik. Embarqonu pozmadıq. Biz bu istiqamətdə ABŞ-a xəyanət etmədik. Bütün dünya Amerikadan ibarət deyil. Bizim İranla da ticarət və enerji sahəsində əməkdaşlığımız var", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.
Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi "ABŞ Atillaya qarşı" şəklində dəyişdirilib. Həmin prosesdə təkcə "Halkbank" baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.

Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.

Müdafiə vəkili olan Rokko deyib: "Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar".

Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilirb

Xəbərlər     Baxılıb: 1906   Tarix: 02 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

sac duzumleri geyim necə seçməli maskalar masaj edirem hamiləlik və doğuş qadın aksesuarları atalar sozleri ve meseller kosmetika qiz evi hakışda atalar sözləri hakisda novruz bayramına aid hakıştalar