Əcnəbilərə toxunmayın - Həkimin açıqlaması qalmaqala səbəb oldu
Çində meymunçiçəyinə yoluxma qeydə alındıqdan sonra hökumət əhaliyə xəbərdarlıq edib.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, Çin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin baş epidemioloqu Vu Zunyou insanlara "dəri ilə təmasdan çəkinməyi" tövsiyə edib:
"Sağlam həyat tərzimizin bir hissəsi olaraq, meymunçiçəyi infeksiyasının qarşısını almaq üçün əcnəbilərlə və son üç həftə ərzində xaricdən qayıdanlarla birbaşa dəri təmasından çəkinin. Onlara toxunmayın!".
.
Epidemioloqun bu açıqlaması insanlar tərəfindən birmənalı qarşılanıb.
Bəzi istifadəçilər bunu "irqçi" kimi qiymətləndiriblər.
"Bu, çox yersiz bəyanatdır. Pandemiyanın başlanğıcında bəzi əcnəbilər çinliləri müdafiə edərək onların virusu yaymadıqlarını dedilər".
Başqa bir istifadəçi yazıb: "Nə qədər irqçi bir fikirdir! Bəs mənim kimi 10 ildir burada yaşayan əcnəbilər? Üç-dörd ildir ki, sərhədlər bağlı olduğundan ailələrimizi görmürük".
Milli.Az / news.milli.az









Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
Dua Lipa toyundan fotolar paylaşdı - FOTOLAR
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Səbr etmək güclülərin seçimidir' - Cavidan Novruz
Susub içimə atıram, danışanda da aləm bir-birinə dəyir
Məşhur aktyor islamı qəbul etdi
Miri Yusifin konsertinə böyük maraq: Biletlər artıq…
Taylandda itkin düşən reper xəstəxanada tapıldı - Vəziyyəti ağırdır
Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı