Efirdə biabırçılıq: "Sənin üçün uşaq deyiləm, ay gədə" - Video
"ARB" telekanalında yayımlanan "Sirdaş Rövşanə" verilişində dava düşüb.
Axşam.az-ın məlumatına görə, proqrama ekstrasens Bayram Nurlu və digər ekspertlər qonaq olublar. Kulturoloq Aydınxan Əbilov ekstrasenslərdən danışıb və onları fırıldaqçı adlandırıb. Onun sözlərinə isə Bayram sərt reaksiya verib və "sizsiniz fırıldaqçı" deyib:
"Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm. Şərəf və ləyaqətimi 100 min manata siğortalatmışam. İki cinayətin üstünü açmışam".
Kulturoloq isə ona "Mən sənin üçün uşaq olmamışam, ay gədə" cavabını verib.
Aparıcı Rövşanə Ağasəfqızı qonaqları sakitləşdirməyə çalışsa da alınmayıb. Bayram qışqıraraq telefonunu istəyib. O bildirib ki, polisə zəng edəcək.
Mübahisələrə qoşulmamağa çalışan parapsixoterapist Qalib Dursun efiri tərk edib.
Bayram isə "gədə" sözünə görə Əbilovu məhkəməyə verəcəyini deyib:
"Bu sözə görə ondan 100 min alacam, görəcəksiniz".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin