Əgər ananın südü azdırsa...

Əgər ananın südü azdırsa...Süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə kifayət qədər südün olmaması hipogalaktiya adlanır. Hypo- altında, aşağı, galactos-süd deməkdir. Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, hipogalaktiyanın birincili və ikincili olmaqla iki forması var.

Birincili hipoqalaktiyaya anaların 4-10 faizində rast gəlinir və onun səbəbi doğuş dominantlığının olmaması, doğuşdan sonra uşağa süd verməmək və sonrakı mərhələdə laktasiya üçün psixoloji stimulun yoxluğudur.

İkincili hipoqalaktiya isə fiziki yorğunluq və sinir sisteminin yüklənməsi, mastit, qrip, angina və vərəmə yoluxma, südün körpəyə rejimsiz verilməsi, laktasion krizlər və digər səbəblərlə əlaqədardır.

Südverən ana südün yaranmasını və ifrazını artırmaq üçün öz qida rasionuna ciddi fikir verməli, qoz, fındıq, araxis, toyuq əti, kök, şüyüd, kahı, dəniz kələmi, qara turp və balqabaqla daha çox qidalanmalıdır. Gün ərzində qəbul edilən mayenin həcmini artırmaq da vacibdir. Hipoqalaktiyanın müalicəsi üçün çox vaxt hormonal, tonuslandırıcı dərman preparatları və polivitaminlər tətbiq edilir. Ana südünün artırılması üçün bir sıra təbii üsullardan istifadə edilməsi də yaxşı nəticə verir.

2 xörək qaşığı boymadərən otu üzərinə 1 stəkan qaynar su əlavə edilərək su hamamında 15 dəqiqə saxlanır, alınan dəmləmə süzülərək gün ərzində 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl yarım stəkan içilir.

1 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək ağzı kip şəkildə bağlanır, su hamamında 15 dəqiqə saxlanılır, soyuyub süzüləndən sonra alınan dəmləmənin həcmi su ilə 200 ml-ə çatdırılır, gündə 2-3 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.

1 xörək qaşığı xırdalanmış zəncirotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamına qoyulur, süzüləndən sonra gündə 3-4 dəfə yeməkdən əvvəl üçdəbir stəkan qəbul edilir.

2 xörək qaşığı razyana meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, alınan dəmləmədən 1 çay qaşığı dörddəbir stəkan ilıq suda qarışdırılaraq gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl içilir.

1 çay qaşığı cirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudularaq süzülür, alınan dəmləmənin həcmi 200 ml-ə çatana qədər üzərinə su əlavə edilir, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl dörddəbir stəkan qəbul edilir.

1 çay qaşığı şüyüd toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə ağzı bağlı halda su hamamında saxlanır, alınan dəmləməyə su əlavə edilərək 200 ml-ə çatdırılır, gündə 3-4 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl dörddəbir stəkan qəbul edilir.

1 xörək qaşığı zirə meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə su hamamında saxlanır, soyudulub süzüləndən sonra su əlavə edilərək həcmi 200 ml-ə çatdırılır. Alınan dəmləmə gündə 2-3 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.

Gündə 2-3 dəfə yarım stəkan təzə çəkilmiş kök şirəsi qəbul etmək süd ifrazını artırır. Kök şirəsinin dadını yaxşılaşdırmaq üçün süd, bal və ya hər hansı giləmeyvə şirəsi də əlavə etmək olar.

1 xörək qaşığı gicitkən yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 20 dəqiqə dəmlənilir, alınan dəmləmə gündə 3-4 dəfə yarım stəkan qəbul edilir.

1 xörək qaşığı gicitkən toxumları üzərinə 2 stəkan qaynar su əlavə edilərək dəmlənilir, süzüləndən sonra 2 çay qaşığı bal əlavə edilərək gündə 2 dəfə yarım stəkan içilir.

Xəbərlər     Baxılıb: 2183   Tarix: 09 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

adlarin menasi aksessuarlar reseptler hicab haqqinda balamı sevirəm vannalar zeytunun hazirlanmasi kosmetika novruza aid şebnem tovuzlu rus dilin nece orenek novruz hakışdaları uşaq nece olur