Əhalinin DİQQƏTİNƏ! Bu gündən UCUZLAŞDI
Yeni il bayramı ərəfəsində bölgələrdə ətin qiyməti ucuzlaşıb. Əsas ucuzlaşma iribuynuzlu heyvanlarda müşahidə edilir. Bölgələrdəki ucuzlaşmanın paytaxtdakı satış qiymətlərinə də təsir etməsi gözlənilir.
Xanim.az xezerxeber.az-a istinadən bildirir ki, ən çox heyvan satışının olduğu bölgələrdən biri olan Bərdə və ətraf rayonlarda qiymətlər son günlər xeyli düşüb.
Ətin qiymətində 1 manata qədər enmə müşahidə edilir. Bir müddət əvvəl 10 manata satılan mal əti indi müştərilərə 9 manat və 9.50 qəpiyə təklif edilir.
Qəssablar qiymətlərin düşməsini bazarda diri heyvanların ucuzlaşması ilə əlaqələndirilər.
Bölgələrdəkı bu ucuzlaşmanın yaxın günlərdə paytaxtdakı satış qiymətlərinə də təsir etməsi gözlənilir.
Quzu və qoyun ətinin qiyməti isə dəyişməz olaraq qalır.









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin